Slider - Esdescon

Baku Tower
Ölkəmizdə zəlzələyə və küləyə qarşı qoruma sisteminin tətbiq edildiyi layihələrdən biri Baku Tower layihəsidir.
Baku Tower layihəsi 277 m hündürlüyə sahib olmaqla nəinki Azərbaycanın, hətta Qafqazın ən hündür binasıdır. Küləklər şəhəri olaraq tanınan Bakımız bu xüsusiyyəti ilə layihədə də çətin tapşırıqlara səbəb olmuşdur. Konstruksiya ciddi səviyyədə külək yüklərinə məruz qalırdı. Həmçinin Bakı seysmik zonada yerləşdiyindən bu yükləri qarşılamaq və təhlükəsizliyi təmin etmək üçün Almaniyanın MAURER şirkəti 400 tonluq TMD (inersiyalı kütlə damperi) layihələndirdi. Hesabatlara görə ən ciddi külək və zəlzələ yüklərində damper olmadan konstruksiya 1.3 m hərəkət edəcəkdi. Damper ilə bu rəqəm 60 cm-i keçmirdi.
Sifarişçi tərəfdən tələb olunan və həll edilməli vacib 2 tapşırıq vardı. Birinci, həmən bu TMD sistemi elə layihələndirilməlidir ki, yerdən 250 m yüksəkliyə qaldırılması mümkün olsun. İkinci isə, qiyməti münasib olsun. MAURER həm texniki tələbləri, həm də iqtisadi səmərələliliyi təmin etmək məqsədi ilə 180 tonluq polad qutu və 220 tonluq beton ilə bu sistemi layihələndirdi. Kütlənin hamısı polad / metal ilə əvəzlənsə idi iqtisadi baxımdan dəfələrlə artıq xərc yaranacaqdı. Həmən 180 tonluq polad qutu isə, qarşıya qoyulan 1-ci tapşırığı icra etmək adına fərqli hissələrə bölünə biləcək formada layihələndirildi.
TMD kompontentlərinin sayı 500-ə çatırdı və 15 tır ilə sahəyə gətirilmişdi. Binanın ən təpəsinə 180 tonluq polad qutu montaj edildikdən sonra, 220 tonluq beton ilə qutunun içərisi dolduruldu. Bu həll yolu, sifarişçiyə dəfələrlə qənaət etmək imkanı vermişdi.

SOCAR Tower
Ölkəmizdə MAURER tərəfindən zəlzələyə və küləyə qarşı qoruması təmin edilən layihələrdən biri də SOCAR Tower layihəsidir. Bu layihədə də Baku Tower layihəsində olduğu kimi binanın təpəsindən TMD sistemi tətbiq edilib.
200.45 m hündürlüyə malikdir və 42 mərtəbədən ibarətdir. Konstruksiyanın hündür olması həm küləyə qarşı, həm də zəlzələyə qarşı olan müqavimətini zəiflətməkdədir. Qeyd etmək lazımdır ki, layihənin yerləşdiyi ərazidə küləyin sürəti bəzi vaxtlar 190 km/saat-ı görməkdədir.
Seysmik qoruma sistemi quraşdırılmazdan əvvəl konstruksiya hesabatda kəskin küləklərdə 50 – 100 sm arasında oynamaqda idi. Bu səbəbdən konstruksiyanın ən üst nöqtəsində zəlzələyə və küləyə qarşı qoruma sistemi (TMD) quraşdırıldı. Normalda bu layihədə TMD quraşdırılması üçün 10 m tavan hündürlüyünə ehtiyac var idi. Lakin SOCAR Tower layihəsində bu hündürlüyün verilməsi mümkün olmadı, sifarişçi və layihəçi tərəfindən 7 m-lik tavan hündürlüyünə sahib sahə təklif edildi. MAURER şirkəti TMD sistemində bəzi dəyişikliklərlə 10 m-lik sahəyə uyğun olan məhsulu 7 m üçün yenidən layihələndirdi. Həll yolu kimi 2-li TMD sistemi seçildi. Yəni 1 TMD daxilində 2-ci TMD sistemi tətbiq edildi. Ümumi kütlə 450 ton-dur. Bu kütlə 4 tros ilə bağlanmışdır.
SOCAR Tower layihəsində quraşdırılan qoruma sistemi 3 fərqli təhlükəsizlik mərhələsindən ibarətdir. Bunlar:
1. Vibrasiyaya qarşı qoruma sistemi – konstruksiya olduqca güclü inşa olunduğundan kiçik vibrasiyaları özündə çox hiss etməyəcək. Ancaq buna baxmayaraq kiçik vibrasiyalara qarşı qoruma sistemi 1-ci mərhələ kimi dizayn olunub.
2. Güclü küləklər və tufanlar – qoruma sisteminin 2-ci mərhələsi güclü küləklərin və tufanların yaradacağı böyük amplitudalara qarşıdır.
3. Zəlzələ və daha güclü tufanlar – amplitudanın ən yüksək səviyyələrə çıxdığı vaxtdır. Burada nəzərdə tutulan 30 sm üzərindəki hərəkətlərdir.

Qısacası, SOCAR Tower layihəsi 450 tonluq TMD sistemi və 3 təhlükəsizlik mexanizmi mərhələsi ilə zəlzələyə, güclü külək və tufanlara, vibrasiyalara qarşı tam qoruma altındadır.

Heydər Əliyev adına Beynəlxalq Hava Limanı
Ölkəmizdə MAURER tərəfindən zəlzələyə qarşı qoruması təmin edilən layihələrdən biri də Heydər Əliyev adına Beynəlxalq Hava Limanı layihəsidir. Sözü gedən layihədə bu iş 2011-ci ildə icra edilib.
Bu layihə yenidən qurma layihəsidir. Yeni layihənin uçuş enmə zolağı 4 000 metr-dən uzun, 75 metr enindədir və ümumi olaraq 325 min kvadrat metr ərazini əhatə edir.
MAURER Heydər Əliyev adına Beynəlxalq Hava Limanı layihəsi üçün 39 ədəd sferik dayaq təmin etmişdir.

Mərkəzi Bankın yeni İnzibati Binası
MAURER tərəfindən zəlzələyə qarşı qoruma sisteminin tətbiq edildiyi layihələrdən biri dədır. Bu layihənin daxilində yerləşən, qüllə ətrafı hissədə yerləşən xüsusi bir yer üçün seysmik qoruma sistemi tətbiq edilib.
MAURER zəlzələyə qarşı qoruma sistemlərini tətbiq edərkən layihənin xüsusiyyətlərinə uyğun həll yolu dizayn edir və ona uyğun məhsul tətbiq edir. Mərkəzi Bankın yeni İnzibati Binası üçün tətbiq edilən məhsul, bünövrədən izolyasıya sistemində istifadə edilən sferik dayaqlardır. Bu layihəyə qüllə ətrafında və yer səviyyəsindən aşağıda yerləşən bir konstruksiyanın tavanında 7 ədəd sferik dayaq tətbiq edilib.

Səlyan ASAN Xidmət mərkəzi
Ölkəmizdə seysmik qoruma sistemləri ilə bağlı bitən layihələrimizdən biri də Səlyan ASAN Xidmət mərkəzidir. Sözü gedən layihə 18 aprel tarixində prezident İlham Əliyev tərəfindən açılışı edilib.
Bu layihədə tətbiq edilən məhsul MAURER istehsalı olan 12 ədəd elastomer dayaqdır. Lakin layihə binanın özünün seysmik qoruması deyil, bina ilə üzərindəki metal konstruksiya arasına quraşdırılıb. Burda qeyd etmək istədiyimiz 2 nüans var. İlki metal konstruksiyanın özü ilə bağlıdır. 12 ədəd elastomer dayaq üzərində duran metal konstruksiya istidə və soyuqda baş verən genişləmə və yığılma hərəkətləri zamanı dayaqların üzərində rahat hərəkət edəcək. Beləliklə tavan birləşməsində çatlar meydana gəlməyəcək. Digər əsas məqam isə qənaətdir. Yerləşdirilən elastomer dayaqlar sayəsində metal konstruksiya kütləsinə ciddi səviyyədə qənaət edilə bilir. Çünki tələb olunan hərəkət qabiliyyəti üzərində durduğu elastomerlər tərəfindən icra ediləcək. Hərəkət qabiliyyəti elastomerlər tərəfindən dəstəkləndiyi üçün metal konstruksiyanın sərt layihələndirilməsinə ehtiyac qalmır və bununla da metalın kütləsinə ciddi miqdarda qənaət edilir.

NFS PD
Ölkəmizdə zəlzələyə və küləyə qarşı qoruma sisteminin tətbiq edildiyi layihələrdən biri Dövlət Bayraq Meydanının yeni Bayraq Dirəyi layihəsidir.
Sözü gedən layihə nəinki Azərbaycanın, eləcə də dünyanın ən özəl layihələrindən biridir. Bu dəfə bayrağının ölçüsünə görə Ginnesin rekordlar kitabına düşən və bayrağı cənab prezident tərəfindən bir neçə ay öncə ucaldılan yeni bayraq dirəyi dünyanın ən hündür bayraq dirəklərindən biridir. Yeni bayraq dirəyi 195 m hündürlüyə malikdir. Bu hündürlükdə və tipdəki layihələr üçün zəlzələyə və xüsusən də küləyə qarşı qoruma sistemi ən vacib komponentlərdən biridir.
Bu layihəyə ESDESCON MMC olaraq Azərbaycan nümayəndəsi olduğumuz Almaniyanın 148 yaşlı MAURER şirkətinin istehsalı olan 3 ədəd, cəmində 14 tonluq TMD (İnersiyalı Kütlə Damperi) sistemi təchiz etmişik. Bu TMD sistemi 3 addımlıdır. Yəni TMD sistemi küləyin və zəlzələnin şiddətindən asılı olaraq pilləli şəkildə işləyir. Ən zəif şiddətdə 1-ci addım, şiddət artdıqca 2 və 3-cü addımlar da işləməyə başlayaraq konstruksiyanın təhlükəsizliyini tam olaraq təmin edir və dirəyin silkələnmələrini söndürür. Belə ki, dirəyin konstruksiya hesabatının nəticələrinə görə TMD-siz halda nəzəri olaraq dirəyin təpədəki ən uc nöqtəsində yellənmə +/-3 metr alınırdı. TMD-nin tətbiqi ilə yellənməni nəzəri və praktiki olaraq +/-15 sm-ə qədər söndürmək mümkün oldu (20 dəfə daha az yellənmə).
Bu layihədə MAURER-in qarşısında olan çətinliklərin ən böyüyü konstruksiyanın dizaynına görə TMD sisteminin quruluşunun kəskin formada dəyişdirilməsi oldu. Çünki bayraq dirəyinin içində lift və müəyyən hündürlükdən sonra pilləkən konstruksiyaları yerləşdirildiyindən TMD sistemi dirəyin içindəki lift və pilləkənə mane olmadan dizayn edilməli idi. MAURER bu layihə üçün xüsusi olaraq ortası boş olan dairəvi TMD sistemi (boru şəkilli) dizayn və istehsal etdi. Dirək borusunun iç səthi boyu yerləşdirilən yüklər hərəkət edərək konstruksiyanın təhlükəsizliyini təmin edir.
ESDESCON MMC olaraq bu layihədə həmçinin inşaat zamanı tətbiq və istifadə olunmuş müvəqqəti damperlər də təchiz etmişik. Bu barədə müvafiq məlumatları saytımızda görə bilərsiniz.

KKTTM
Ölkəmizdə zəlzələyə və küləyə qarşı qoruma sisteminin tətbiq ediləcəyi layihələrdən biri də Xocalıda inşa ediləcək yeni Tele Qüllə layihəsidir.
ESDESCON MMC olaraq ölkəmizdəki layihələrimiz sırasına daha birini əlavə etdik. Bu, Qarabağda, Xocalıda inşa olunacaq yeni Tele Qüllə layihəsidir. Layihənin baş podratçısı KÖRPÜ BİNA TİKİNTİ MMC-yə Xocalıda inşa ediləcək yeni Tele Qüllə layihəsinin zəlzələyə qarşı qorumasını təmin etmək üçün MAURER istesahlı TMD, yəni İnersiyalı Kütlə Damperi təmin ediləcək.

Şükürbəyli – Cəbrayıl – Hadrut
ESDESCON MMC olaraq ölkəmizdə Almaniyanın MAURER şirkətinin genəldici bəndlərinin və dayaqlarının satışını edirik. Bu layihələrdən biri dəavtomobil yolu layihəsidir.

Bu avtomobil yolu Qarabağ İnkişaf Planının da bir tərkib hissəsidir. Maurer olaraq bu yolun tərkib hissəsi olan 6 körpü üçün genəldici bəndlər (expansion joints) və elastomer yastıqlar (bearings) təchiz etmişik. Yol 1-ci texniki dərəcəyə uyğun inşa olunur və 4 hərəkət zolağından ibarətdir. Ümumilikdə 6 avtobomil yolu körpüsü və 11 yer altı keçidin inşası icra edilir. Bu yol, başlanğıcını Cəbrayıl rayonunun Şükürbəyli kəndindən götürür və Xocavənd rayonunun Hadrut qəsəbəsində sonlandırır. Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının ərazisindən keçir və cəmi uzunluğu 39.7 km olacaq. Şəkillərə baxaraq həm yol, həm də körpüləri incələyə bilərsiniz.
Şirkətimiz adına Qarabağ İnkişaf Planının bir parçası olmaq bizim üçün də bir şərəfdir.

Əhmədbəyli – Füzuli – Şuşa
ESDESCON MMC olaraq Almaniyanın MAURER şirkətinin genəldici bəndlərini və dayaqlarını təmin etdiyimiz layihələrdən biri də Əhmədbəyli – Füzuli – Şuşa avtomobil yolu layihəsidir
Bu layihə Qarabağ İnkişaf Planının bir tərkib hissəsidir. Maurer olaraq bu yolun tərkib hissəsi olan körpülərdən bir neçəsi üçün genəldici bəndlər (expansion joints) və elastomer dayaqlar (bearings) təchiz etmişik. Yol 1-ci texniki dərəcəyə uyğun inşa olunur və 4 hərəkət zolağından ibarətdir, hər tərəfə 1 ehtiyat zolağı da planlanır. Əsas hissə 4 zolaqdan ibarətdir və 21.5 m enə sahibdir. Bu yolda ümumi olaraq 7 ədəd tunel, 9 viaduk, 7 avtomobil körpüsünün və 11 yeraltı keçidin inşaatı icra olunur. ESDESCON MMC olaraq biz bu yoldakı körpülərdən yalnız Körpü-Bina Tikinti şirkəti tərəfindən inşa olunan körpülərə elastomer dayaq və genəldici bənd təmin etmişik.
Şirkətimiz adına Qarabağ İnkişaf Planının bir parçası olmaq bizim üçün də bir şərəfdir.

Muğanlı-İsmayıllı-Qəbələ
ESDESCON MMC olaraq Almaniyanın MAURER şirkətinin istehsalı elastomer dayaqları və genəldici bəndləri ölkəmizdəki körpü layihələri üçün təmin edirik. Bu layihələrdən biri Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolu layihəsidir.
Bu avtomobil yolu layihəsi yenidən qurma layihəsi olaraq adlanır. Yolun ümumi uzunluğu yenidən qurma işlərindən sonra 76.6 km-ə enəcək, zolaq sayı 2-dən 4-ə çıxacaq. ESDESCON MMC olaraq bu avtomobil yolu layihəsində KÖRPÜ BİNA TİKİNTİ MMC tərəfindən inşa olunmuş 10-dan çox körpüyə MAURER elastomer dayaqları və genəldici bəndləri təchiz etmişik.