Xidmətlər - Esdescon

İnersiyalı Kütlə Damperi (TMD)
TMD sistemi (Tuned Mass Damper), yəni İnersiyalı Kütlə Damperi metodu hündür konstruksiyalarda, qüllələrdə, bayraq dirəklərində, baca tipli və s. konstruksiyalarda tətbiq edilir. TMD sisteminin tətbiq edildiyi layihələrin hündürlüyü əsasən 120 metrdən böyük olur. Ancaq əsas faktor konstruksiyanın hündürlüyünün en kəsiyinə olan nisbətidir.
Maurer TMD sistemini ən sadə mexanizm ilə layihələndirməyə üstünlük verir. Bu amil həm montaj zamanı faydalı olur, həm texniki qulluğu rahat olur, həm də sistemin uzun müddətli və etibarlı işləməsini təmin edir. Sistem konstruksiyanın tələblərinə uyğun müəyyən edilən kütlədən və onu konstruksiyaya bağlayan hidravlik qollardan ibarət olur. Maurer-in ölkəmizdə TMD sisteminin tətbiq etdiyi 3 layihəsi mövcuddur. Baku Tower, SOCAR Tower və Dövlət Bayrağı Meydanın yeni Bayraq Dirəyi layihəsi. Hər biri ilə bağlı daha ətraflı məlumatı saytın “layihələrimiz” bölməsindən əldə edə bilərsiniz.

Bünövrədən izolyasiya
Konstruksiyaların zəlzələyə qarşı qorumasını təmin etmək üçün fərqli metodlardan istifadə edilir. Bunlardan biri də bünövrədən izolyasiyadır. Bünövrədən izolyasiya adətən hündürlüyü 50-60 metrə qədər olan konstruksiyalarda tətbiq edilən metoddur. Daha hündür konstruksiyalara tətbiqi də mümkündür, ancaq sistem dizaynında biraz fərqlilik də yaranır.
Bünövrədən izolyasiya məntiqi isə olduqca sadə bir üsuldur. Konstruksiyanın mövcud olan bütün sütunlarına bir ədəd dayaq (isolator) yerləşdirilir. Bu konstruksiyanın zəlzələ vaxtı yaranan yüklərini qarşılamaqla yanaşı, torpaqla əlaqəsini kəsdiyi üçün izolyasiya adı da verilir. Bünövrədən izolyasiya tətbiq edilmədiyi təqdirdə konstruksiya zəlzələ yüklərini qarşılamaq üçün daha sərt layihələndirilir. Ancaq bünövrədən izolyasiya metodunda həmən yüklər dayaqlar tərəfindən qarşılanacağı üçün konstruksiyanın sərt layihələndirməsinə ehtiyac qalmır, bu da konstruksiyada xeyli dəmir-betona qənaət deməkdir. Bünövrədən izolyasiya bir çox ölkələrdə normalarla bəzi konstruksiyalar üçün məcburi tətbiq edilir. Misal olaraq, Türkiyədə bütün yeni tikilən və çarpayı sayı 100-dən çox olan xəstəxana layihələri üçün bünövrədən seysmik izolyasiya tətbiqi məcburidir. Dünyada da bu sistemin tətbiqi bu cür davam edir. Əsasən xəstəxana, otel, iş mərkəzi, hava limanı və s. kimi layihələrə normalarla məcburi tətbiq edilir. MAURER-in dünyada bu tip metodla yüzlərlə fərqli layihəsi mövcuddur. Ölkəmizdə də bünövrədən izolyasiya metodunun tətbiq edildiyi layihələr mövcuddur.

Şəxsi evlərin və villaların bünövrədən izolyasiyası
ESDESCON MMC olaraq Almaniyanın MAURER şirkəti adına ölkəmizdə bütün növ tikinti layihələri üçün zəlzələyə, küləyə və digər vibrasiyalara qarşı seysmik qoruma işlərini təmin edirik. Bu tikinti layihələrinin bir bölümü də şəxsi evlər, villalar və bu tipdə digər binalardır.
Bünövrədən seysmik izolyasiya metodu tikintinin sütunlarına sferik dayaqların və ya elastomerlərin tətbiqi ilə edilir. Bu dayaqlar sayəsində zəlzələ vaxtı bina və ya ev bütün istiqamətlərə doğru hərəkət edərək konstruksiyanın təhlükəsizliyini təmin edir.

Körpülər üçün genəldici bənd və dayaqlar
ESDESCON MMC olaraq ölkəmizdə Almaniyanın MAURER şirkətinin istehsalı olan körpülər üçün genəldici bənd və dayaqların satışını etməkdəyik. Bu günə qədər ölkəmizdə 100-dən artıq körpü layihəsi üçün bu məhsulları təmin etmişik.
MAURER bu sahədə dünyanın aparıcı şirkətlərindən biridir. Genəldici bənd və dayaqlarla bağlı onlarla patentə sahibdir. MAURER olaraq nəinki bu məhsulların dizaynı və istehsalı ilə məşğuluq, eyni zamanda xüsusi layihələrdə genəldici bənd və dayaqlarla bağlı layihələndirmə və məsləhət xidmətləri də təmin edirik.

Memari temperatur şovları
Memari genəldici bəndlər ölkəmizdə daha çox temperatur şovları olaraq da adlanır. ESDESCON MMC olaraq Almaniyanın MAURER şirkətinin istehsalı olan memari genəldici bəndlərin ölkəmizdə satışını etməkdəyik. Bu genəldici bəndlər 3 kateqoriyada təklif edilir. “Döşəmə” üçün, “Divar və Tavan” üçün, “Çöl mühit, fasad birləşməsi və parklama zonaları” üçün.
Saytımızın Məhsullarımız bölməsindən MAURER-ə keçid edərək, memari genəldici bəndlərlə bağlı məhsul kataloqumuzu incələyə bilərsiniz.

Armatur Muftaları
ESDESCON MMC olaraq ölkəmizdə satışını etdiyimiz məhsullardan biri də Armatur Muftalarıdır (Bar Couplers). Armatur Muftaları Almaniyanın MAURER şirkətinin Hindistan zavodunda istehsal olunmaqdadır.
Bu muftalar həm tikinti prosesinin sürətlənməsini, həm də ciddi məbləğlərdə xərclərə qənaət etmə imkanını təmin edir. Ənənəvi metodlarla istifadədə armaturlar bir-birilərinin üzərinə mindirilərək bağlanır və bu qaydada proses davam edir. Armatur Muftaları ilə bu prosesi tamamilə asanlaşdırırıq. Hər iki ucu yivli olan bu muftalar armaturları üst-üstə mindirərək bağlamaq əvəzinə yivlə birlikdə özünə bağlayır. Bununla da qənaət hər bir armatur ilə başlayır (üst-üstə mindirildikdə hər iki armaturdan ziyana gedən hissə nəzərdə tutulur).
Hər bir məhsulumuz kimi Armatur muftaları da test nəticələri və keyfiyyət sənədləri ilə birgə təmin edilir.

Ön və sonradan beton gərmə məhsulları
ESDESCON MMC olaraq fəaliyyət sahələrimizdən biri də ön və sonradan beton gərmə məhsullarının satışını etməkdir.
Ön və sonradan beton gərmə məhsullarımız Almaniyanın MAURER şirkətinin Hindistan zavodunda istehsal olunmaqdadır. Satışdan əlavə müvafiq işlərin icrasını da təmin edə bilirik. MAURER-in Hindistan zavodu bu sahədə yüzlərlə fərqli layihəni uğurla başa vurmuşdur.

Konstruksiyalar üçün sağlamlıq testlərinin edilməsi
ESDESCON MMC olaraq ölkəmizdəki əsas fəaliyyətimiz konstruksiyaların zəlzələyə, küləyə və digər vibrasiyalara qarşı qorumasını təmin etmək və eyni səbəblərə qarşı konstruksiya üçün seysmik monitorinq sisteminin qurulmasını təmin etməkdir.
Bu işlər çərçivəsində lazım olduğu təqdirdə konstruksiyalar üçün sağlamlıq testlərinin icrası, nəticələrinə uyğun şərhlərin verilməsi, müvafiq düzəldici tədbirlərin icrası və bu işlərdə konsultasiya xidmətinin verilməsini də təmin edə bilirik.

Seysmik layihələndirmə
Konstruksiyalar üçün zəlzələyə qarşı qoruma sistemi tətbiq edilərsə burdakı ilk addım bu sistemə uyğun layihələndirmənin edilməsidir. Zəlzələyə qarşı layihələndirmədə ənənəvi metodda üstünlük verilən üsul konstruksiyaların sərt layihələndirilməsidir. Yəni konstruksiya bütün zəlzələ, külək və s. kimi yükləri qarşılamaq üçün olduqca sərt layihələndirilir ki, bu yüklərə qarşı dözə bilsin. Ancaq müasir metodlarda, yəni bünövrədən izolyasiya, TMD və s. kimi həllərdə konstruksiya nisbətən yüngül layihələndirilir. Çünki, zəlzələnin və küləyin konstruksiyaya qarşı olan təsirlərini artıq seçilən metoddakı məhsul qarşılayacaq. Yəni, konstruksiyada bünövrədən izolyasiya metodu seçiləcəksə, konstruksiyanın üzləşəcəyi zəlzələ yüklərini dayaqlar (isolator) qarşılayacaq. Bu səbəbdən konstruksiya əvvəlki kimi sərt layihələndirilmir. Zəlzələyə qarşı müasir qoruma metodlarının tətbiqi zamanı, ortaya çıxacaq seysmik layihələndirmə işi ilə bağlı da ESDESCON MMC olaraq dəstək göstərməyə hazırıq.

Layihələndirmə və digər xidmətlərdən konsultasiya xidməti
ESDESCON MMC olaraq təklif etdiyimiz xidmətlərdən biri də seysmik layihələndirmə işlərində konsultasiya xidmətlərinin verilməsidir.
ESDESCON MMC olaraq həm seysmik qoruma sistemlərini dizayn və istehsal edirik, həm müvafiq layihələndirmə işlərini icra edə bilirik, həm də bu işlərdə ümumi olaraq konsultasiya xidmətini verə bilirik.