Maurer

ESDESCON MMC Almaniyanın MAURER şirkətinin Azərbaycandakı rəsmi və ekskluziv nümayəndəsidir.
MAURER 1876-ci ildən fəaliyyət göstərən köklü alman şirkətidir. Şirkətin əsası Münhen şəhərində qoyulub və hələ də şirkətin baş ofisi orada fəaliyyətini davam etdirməkdədir. MAURER bütün növ tikinti layihələrinin seysmik qorumasını hədəf almış, bu çərçivədə həllər gətirən və məhsullar istehsal edən ən köklü şirkətlərdən biridir. Dünyanın bir çox ölkəsində - Almaniya, Türkiyə, Brazilya, Rusiya, Çin, Hindistan və s. - 1000-dən artıq işçisi ilə fəaliyyət göstərir.
MAURER hədəflədiyi tikintilərin seysmik qoruması metodunda ənənəvi tikinti həllərindən fərqli olaraq konstruksiyalar daha modern və daha keyfiyyətli şəkildə layihələndirilir. Seysmik hərəkətliliyi qarşılaması üçün ənənəvi layihələndirmə metodunda tikinti olduqca güclü olması niyyəti ilə layihələndirilir. Ancaq bugün təklif edilən müasir həllər ilə seysmik hərəkətliliyi bu məqsədlə istehsal olunan məhsullar qarşıladığı üçün binalar daha yüngül və keyfiyyətli şəkildə layihələndirilir. MAURER də öz fəaliyyətini bu sferaya yönləndirib, tikintilərin seysmik hərəkətliliyə qarşı təhlükəsizliyini təmin etmək üçün xüsusi məhsullar istehsal etməkdədir. Bu sahədə MAURER onlarla fərqli potentə sahibdir.
MAURER bütün növ tikinti növlərini əsas alaraq mühəndislik həlləri və müvafiq məhsulları təmin edir. Əsas fəaliyyət sahələri körpülər-viyadüktlər; xəstəxana, hotel, inzibati binalar, hava limanı, strateji binalar və s. kimi tikintilər; hündür mərtəbəli yaşayış binaları, kommersiya binaları, qüllələr və s.; və digər xüsusi tikintilər – stadionlar, zavodlar, laboratoriyalar, külək turbinləri, bayraq dirəkləri və s. – bunlardır.
MAURER ən uyğun həlli və məhsulu təyin etmək üçün konstruksiya ilə bağlı bəzi detalları bilməlidir. Misal olaraq, konstruksiyanın təyinatı, hündürlüyü, yerləşdiyi bölgənin seysmik qiymətləndirməsi və s. Bu kimi irili-xırdalı detalları nəzərə alaraq MAURER ən ideal həll yolunu və müvafiq məhsulunu təklif edir. Bu çərçivədə MAURER-in təmin etdiyi məhsul kateqoriyalarını və həmçinin xidmətlər siyahısını aşağıda görə bilərsiniz. Sonda qeyd olunan məhsullar ilə bağlı müvafiq broşurları görə bilərsiniz.
Məhsullar

Dayaqlar

Genəldici bəndlər

Seysmik qurğular

Vibrasiya izolyasiyası

Monitorinq sistemi

Vibrasiya söndürücülər
Xidmətlər
Maurer olaraq bütün növ tikinti layihələri üçün seysmik həllər hazırlayırıq, bu həllərə uyğun ən optimal məhsulu dizayn və istehsal edirik. Bu prosesin xaricində, təmin etdiyimiz digər xidmətlər də mövcuddur. Aşağıda bununla bağlı siyahını görə bilərsiniz.