{description} page background image

NOE

ESDESCON MMC Almaniyanın-ın NOE şirkətinin Azərbaycandakı rəsmi və eksklüziv nümayəndəsidir.

NOE 1950-ci illərdən Almaniyada fəaliyyətə başlayan qəlib şirkətidir. 70 ildən artıq təcrübəyə malikdir. NOE sadəcə qəlib istehsalı ilə məşğul deyil, eyni zamanda inşaatda qəlib işləri ilə bağlı dizayn, planlama və ən uyğun qəlib sistemi həlləri də təklif etməkdədir. Eyni zamanda qeyd etmək istərdik ki, NOE inşaat qəliblərinə əlavə olaraq, memari qəlib də istehsal etməkdədir. Aşağıda bununla bağlı məlumat qeyd edilib.

NOE inşaatda istifadə edilən bütün növ qəliblərin istehsalını etməkdədir. NOE qəlibləri rəqiblərinkinə nəzərən daha uzun ömürlüdür. Çünki qəlib məhsulu hazırlandıqdan sonra sonuncu mərhələdə üzəri sinkləşdirilir. Bu da çürümə/erroziya kimi halların qarşısını alır və qəliblərin ömrünü uzadır. İstifadəsindən sonra uyğun şəkildə qulluq edildiyi təqdirdə qəliblərin ömrü xeyli uzanır və qəlib sifarişçisi bir dəfəyə məxsus etdiyi investisyanı uzun illər istifadə edir.

İnşaat qəliblərinə aid olan məhsullarımızın siyahısı:

  • Divar qəlibləri
  • Dairəvi qəliblər
  • Sütun qəlibləri
  • Platforma qəlibləri
  • Döşəmə qəlibləri
  • Pilləkən qəlibləri
  • Qəlib dəstək sistemləri
  • Qəlib və qəlib dəstək sistemlərinin aksessuarları

 

Yuxarıda bəhs etdiyimiz memari qəliblər haqqında qısaca məlumat qeyd edək. NOE Architectural Concrete Formwork adı ilə memari qəliblər də (NOEplast da deyilir) istehsal etməkdədir. Memari qəliblər, beton səthlər üzərinə dizayn, loqo, şəkil, ornament və s. verməyimizi təmin edir. Beton səthinə veriləcək dizaynı NOE-nin özünə aid kataloqundan da seçə bilərsiniz. Eyni zamanda sifarişçi öz layihəsinə uyğun hazırladığı xüsusi dizayna uyğun də memari qəlib sifariş edə bilər. Memari qəliblərimiz ilə bağlı bəzi üstün cəhətləri qeyd edirik:

  1. NOE-nin özünə məxsus onlarca fərqli dizaynı mövcuddur. Kataloqdan istədiyinizi seçərək sifariş edə bilərsiniz.
  2. Sadəcə kataloqdan seçməyə məcbur deyilsiniz, memarlıq layihəsinə üstləndiyiniz layihələr üçün özünüzə məxsus dizaynlara görə də memari qəlib sifariş edə bilərsiniz.
  3. Qəliblərin standart ölçüsü yoxdur. Sifarişçi layihəyə uyğun istədiyi ölçüdə sifariş edə bilər.
  4. Sifariş edilən hər bir qəlib 100 dəfəyə qədər istifadə edilə bilir. Bu, böyük və həcmli layihələrdə xərcə qənaət etmək üçün ən ideal yollardan biridir. Bütün sahə boyu qəlib almağa ehtiyac yoxdur.
  5. Bir digər xərcə qənaət metodu isə, NOE-nin qəliblərini qıraqda tökərək sonradan sahəyə panel kimi əlavə etməyə ehtiyac yoxdur (ancaq istənildiyi halda belə də tətbiq etmək olur). NOE-nin memari qəlibləri beton tökülən sahəyə birbaşa yapışdırılaraq beton tökülə bilir. Bu, o deməkdir ki, qıraqda tökərək yapışdırma metoduna nəzərən həm beton sərfiyyatına, həm işçiliyə, həm də zamana qənaət ediləcək.

Məhsullar

Divar qəlibləri image

Divar qəlibləri

Dairəvi qəliblər image

Dairəvi qəliblər

Sütun qəlibləri image

Sütun qəlibləri

Döşəmə qəlibləri image

Döşəmə qəlibləri

Platforma qəlibləri image

Platforma qəlibləri

Pilləkən qəlibləri image

Pilləkən qəlibləri

Qəlib dəstək sistemləri image

Qəlib dəstək sistemləri

Qəlib və qəlib dəstək sistemlərinin aksessuarları image

Qəlib və qəlib dəstək sistemlərinin aksessuarları

Bizimlə bağlı sualınız var?

Sorğunuzu təqdim edin

Peşəkar xidmətlərimizdən yararlanmaq istəyirsinizsə əlaqə məlumatlarınızı qeyd edin, sizə zəng edək!