{description} page background image

Shindo

ESDESCON MMC Cənubi Koreyanın SHİNDO şirkətinin Azərbaycandakı rəsmi və eksklüziv nümayəndəsidir.

SHİNDO şirkəti yol təhlükəsizliyi ilə bağlı məhsulların dizayn və istehsalında ixtisaslaşıb. İlk fəaliyyətinə 1987-ci ildə başlayıb. Bu gün dünyanın 4 bir tərəfinə məhsul ixrac etməkdədir.

Yol təhlükəsizliyi dedikdə SHİNDO, məhsullarını həm avtomobil nəqliyyatını, həm də piyadaları əsas alaraq dizayn etməkdədir. Misal olaraq, Rolling Barrier adını verdiyi məhsula nəzər salaq. SHİNDO-nun bu məhsul ilə hədəflədiyi məqsəd kəskin sürətdə idarəetməni itirən avtomobillərin yol qırağı bariyerlərə dəyməsi zamanı ortaya çıxan qüvvəni maksimum söndürməkdir. Aşağıda məhsulun şəklinə baxdıqda işləyiş prinsipi sizə daha aydın olacaq. Yüksək keyfiyyətli və dayanıqlı məhsuldan istehsal edilən diyircəklər (roller) avtomobil yüksək sürətlə gəlib dəydiyi zaman yaranan təsiri maksimum udaraq həm sürücünü, həm də nəqliyyat vasitəsini qorumaqdadır.

SHİNDO-nun bu tip məhsulları riskin daha çox olduğu, coğrafi baxımdan təhlükəli ərazilərdə, kəskin döngələrdə, tunel giriş və çıxışlarında tətbiq edilir. Bundan savayı, avtomobil yolunu piyada zolağından ayıran bariyer sistemləri də istehsal olunmaqdadır. 

Qısacası, SHİNDO-nun istehsal etdiyi məhsullarla əsas hədəfi avtomobil yollarında həm nəqliyyat vasitələrinin, həm də piyadaların hərəkətinin təhlükəsizliyini təmin etmək, riskli ərazilərdə yaranan qəzalarda isə həm sürücünü, həm də nəqliyyat vasitəsini qorumaqdır.

Məhsullar

Zərbə zəiflədicilər image

Zərbə zəiflədicilər

Qoruyucular image

Qoruyucular

Digər yol-infrastruktur məhsulları image

Digər yol-infrastruktur məhsulları

Parkinq məhsulları image

Parkinq məhsulları

Tikinti sahəsi təhlükəsizlik məhsulları image

Tikinti sahəsi təhlükəsizlik məhsulları

Bizimlə bağlı sualınız var?

Sorğunuzu təqdim edin

Peşəkar xidmətlərimizdən yararlanmaq istəyirsinizsə əlaqə məlumatlarınızı qeyd edin, sizə zəng edək!