Kinemetrics

ESDESCON MMC ABŞ-ın KİNEMETRİCS şirkətinin Azərbaycandakı rəsmi və eksklüziv nümayəndəsidir.
KİNEMETRİCS 1969-cu ildən fəaliyyət göstərən seysmik monitorinq sahəsində köklü təcrübəyə malik bir ABŞ şirkətidir. KİNEMETRİCS-in əsas fəaliyyətini belə izah edə bilərik, zəlzələlərin və onların konstruksiyalar və həmçinin insanlar üzərində olan təsirlərini izləmək üçün həll yollarının layihələndirilməsi və müvafiq texnologiyaların, məhsulların və və sistemin təminatı.
KİNEMETRİCS zəlzələnin və onun konstruksiyalara təsirlərinin araşdırılmasında dünyada kifayət qədər təcrübəyə malik aparıcı şirkətlərdən biridir. Əsasən strateji müəssisələr, hündür mərtəbəli bina və qüllələr, körpü, viyadükt və tunel kimi infrastruktur layihələri seysmik izləmə sistemlərini tətbiq etməkdədir. Ölkəmizdə də KİNEMETRİCS-in seysmik izləmə sistemlərinin (sensor və akselerometrlərinin) tətbiq edildiyi bir sıra layihələr mövcuddur. Hətta Azərbaycan Respublikasının ümumi seysmik izləmə sistemi şəbəkəsi KİNEMETRİCS tərəfindən qurulub.
Seysmik izləmə sistemlərini qısaca izah edək. Dizayn edilən məhsullar konstruksiyanın müəyyən nöqtələrinə yerləşdirilir. Təmin edilən bu sensorlar, akselerometrlər və s. ilə konstruksiya daimi olaraq 7/24 mövcud olan ən xırda hərəkət, vibrasiya və titrəşimləri 3 oxlu olmaq şəklində qeydə alır. Bu qeydə alma məhsulların öz daxilindəki yaddaşa yazılır, bu zaman mütəmadi şəkildə operator və ya mühəndis datanı özü o sistemdən yükləyir. Əgər sistem dizaynında proqram təminatına da yer verilibsə, bu zaman yığılan data avtomatik şəkildə sistemə köçürülür. Dataya əsasən təhlükəsizlik hesabatları avtomatik tərtib edilir. Proqram təminatı əvvəlcədən ona göndərilməsi barədə icazə verilən bütün tərəflərə bu data və hesabatları avtomatik göndərir. Yəni, Bakıda oturan bir mühəndis öz kompüteri ilə sistemə daxil olaraq, Qarabağdakı hər hansısa bir tunelin, bir binanın və ya bir su anbarının data və hesabatlarını görə bilməkdədir. Bu həm ani baş verən zəlzələ və bu kimi halları anında müəyyən etməyə kömək edir, həm də daimi yığılan data müqayisəli analiz edilərək konstruksiyanın gələcəyi barədə təhlillər etməyə imkan verir.
Seysmik izləmə sistemləri burada qeyd edəcəyimiz tip layihələrə tətbiq edilməkdədir. Misal olaraq, strateji binalar (data mərkəzi, arxiv mərkəzləri, xəstəxana tipli binalar), yaşayış binaları, hündür mərtəbəli binalar, qüllələr, külək turbinləri, bayraq dirəkləri, istehsal müəssisələri, neft-qaz zavodları, Atom və Elektrik stansiyaları, Su anbarları və SES-lər, körpü, tunel və viyadüktlər və s.
KİNEMETRİCS-in təmin etdiyi proqram təminatı ilə həm də birdən çox konstruksiyanı bir platforma üzərindən tətbiq etmək mümkündür. Məsələn, müvafiq qurumun balansında olan bütün Su anbarlarına bu sistemi tətbiq etdiyimiz halda, bir platforma üzərindən bütün su anbarlarının datasını, hesabat və məlumatlarını incələmək mümkün olacaq. Bu sistem həm özəl müştərilər üçün önəmlidir ki, bütün layihələrini ayrı-ayrı deyil, bir sistem üzərindən incələyə biləcək. Dövlət sektoru üçün də önəmlidir ki, bütün strateji bina və layihələri cəmləyib bir və ya bir neçə mərkəzdən izləmək mümkün olsun. Bu, əlavə xərcə, zamana və sərf olunan enerjiyə qənaət deməkdir.
Məhsullar

Sistem Tətikləyiciləri

Program Təminatı

Xüsusiləşdirilmiş sistemlər və cihazlar

Geniş zolaqlı sensorlar

Akselerograflar və akselerometrlər

Rəqəmsallaşdırıcılar və yazıcılar
Xidmətlər
KİNEMETRİCS 1969-cu ildən fəaliyyət göstərən seysmik monitorinq sahəsində köklü təcrübəyə malik bir ABŞ şirkətidir. KİNEMETRİCS-in əsas fəaliyyətini belə izah edə bilərik, zəlzələlərin və onların konstruksiyalar və həmçinin insanlar üzərində olan təsirlərini izləmək üçün həll yollarının layihələndirilməsi və müvafiq texnologiyaların, məhsulların və və sistemin təminatı.
Seysmik ixtisaslaşma
Şəbəkə idarəetməsi
Təlim
Sistem inteqrasiyası və xüsusiləşdirməsi
Təmir və texniki xidmət
Datanın idarəedilməsi və işlənilməsi
Həllər