{description} page background image
Ölkəmizdə zəlzələyə və küləyə qarşı qoruma sisteminin tətbiq edildiyi layihələrdən biri Baku Tower layihəsidir. 


Baku Tower layihəsi 277 m hündürlüyə sahib olmaqla nəinki Azərbaycanın, hətta Qafqazın ən hündür binasıdır. Küləklər şəhəri olaraq tanınan Bakımız bu xüsusiyyəti ilə layihədə də çətin tapşırıqlara səbəb olmuşdur.  Konstruksiya ciddi səviyyədə külək yüklərinə məruz qalırdı. Həmçinin Bakı seysmik zonada yerləşdiyindən bu yükləri qarşılamaq və təhlükəsizliyi təmin etmək üçün Almaniyanın MAURER şirkəti 400 tonluq TMD (inersiyalı kütlə damperi) layihələndirdi. Hesabatlara görə ən ciddi külək və zəlzələ yüklərində damper olmadan konstruksiya 1.3 m hərəkət edəcəkdi. Damper ilə bu rəqəm 60 cm-i keçmirdi.


Sifarişçi tərəfdən tələb olunan və həll edilməli vacib 2 tapşırıq vardı. Birinci, həmən bu TMD sistemi elə layihələndirilməlidir ki, yerdən 250 m yüksəkliyə qaldırılması mümkün olsun. İkinci isə, qiyməti münasib olsun. MAURER həm texniki tələbləri, həm də iqtisadi səmərələliliyi təmin etmək məqsədi ilə 180 tonluq polad qutu və 220 tonluq beton ilə bu sistemi layihələndirdi. Kütlənin hamısı polad / metal ilə əvəzlənsə idi iqtisadi baxımdan dəfələrlə artıq xərc yaranacaqdı. Həmən 180 tonluq polad qutu isə, qarşıya qoyulan 1-ci tapşırığı icra etmək adına fərqli hissələrə bölünə biləcək formada layihələndirildi.


TMD kompontentlərinin sayı 500-ə çatırdı və 15 tır ilə sahəyə gətirilmişdi. Binanın ən təpəsinə 180 tonluq polad qutu montaj edildikdən sonra, 220 tonluq beton ilə qutunun içərisi dolduruldu. Bu həll yolu, sifarişçiyə dəfələrlə qənaət etmək imkanı vermişdi.


Bizimlə bağlı sualınız var?

Sorğunuzu təqdim edin

Peşəkar xidmətlərimizdən yararlanmaq istəyirsinizsə əlaqə məlumatlarınızı qeyd edin, sizə zəng edək!