Ölkəmizdə MAURER tərəfindən zəlzələyə və küləyə qarşı qoruması təmin edilən layihələrdən biri də SOCAR Tower layihəsidir. Bu layihədə də Baku Tower layihəsində olduğu kimi binanın təpəsindən TMD sistemi tətbiq edilib.
SOCAR Tower 200.45 m hündürlüyə malikdir və 42 mərtəbədən ibarətdir. Konstruksiyanın hündür olması həm küləyə qarşı, həm də zəlzələyə qarşı olan müqavimətini zəiflətməkdədir. Qeyd etmək lazımdır ki, layihənin yerləşdiyi ərazidə küləyin sürəti bəzi vaxtlar 190 km/saat-ı görməkdədir.
Seysmik qoruma sistemi quraşdırılmazdan əvvəl konstruksiya hesabatda kəskin küləklərdə 50 – 100 sm arasında oynamaqda idi. Bu səbəbdən konstruksiyanın ən üst nöqtəsində zəlzələyə və küləyə qarşı qoruma sistemi (TMD) quraşdırıldı. Normalda bu layihədə TMD quraşdırılması üçün 10 m tavan hündürlüyünə ehtiyac var idi. Lakin SOCAR Tower layihəsində bu hündürlüyün verilməsi mümkün olmadı, sifarişçi və layihəçi tərəfindən 7 m-lik tavan hündürlüyünə sahib sahə təklif edildi. MAURER şirkəti TMD sistemində bəzi dəyişikliklərlə 10 m-lik sahəyə uyğun olan məhsulu 7 m üçün yenidən layihələndirdi. Həll yolu kimi 2-li TMD sistemi seçildi. Yəni 1 TMD daxilində 2-ci TMD sistemi tətbiq edildi. Ümumi kütlə 450 ton-dur. Bu kütlə 4 tros ilə bağlanmışdır.
SOCAR Tower layihəsində quraşdırılan qoruma sistemi 3 fərqli təhlükəsizlik mərhələsindən ibarətdir. Bunlar:

- Vibrasiyaya qarşı qoruma sistemi – konstruksiya olduqca güclü inşa olunduğundan kiçik vibrasiyaları özündə çox hiss etməyəcək. Ancaq buna baxmayaraq kiçik vibrasiyalara qarşı qoruma sistemi 1-ci mərhələ kimi dizayn olunub.
- Güclü küləklər və tufanlar – qoruma sisteminin 2-ci mərhələsi güclü küləklərin və tufanların yaradacağı böyük amplitudalara qarşıdır.
- Zəlzələ və daha güclü tufanlar – amplitudanın ən yüksək səviyyələrə çıxdığı vaxtdır. Burada nəzərdə tutulan 30 sm üzərindəki hərəkətlərdir.