{description} page background image
MAURER-in qlobal layihələrindən biri də Ruminiya, Buxarest şəhərində yerləşən Butterfly Towers layihəsidir. 


Sözü gedən konstruksiya üçün həm zəlzələ, həm də külək yüklərinə qarşı təhlükəsizlik təmin edilməli idi. Şəkillərdən görə biləcəyiniz kimi binada 56 ədəd hidravlik damperdən istifadə edilib. Konstruksiyanın hündürlüyü bünövrədən izolyasiya üçün uyğun olmadıqda və TMD üçün kiçik olduqda, bu metoddan, yəni hidravlik qollardan istifadə edilir. Bu tip layihələr üçün ən ideal həll yolu budur. Hansı ki, eyni effekti almaq üçün binanın daha sərt layihələndirilməsi lazım idi. Bu da əlavə xeyli xərc deməkdir. 


Bina Orhideea Towers olaraq da tanınır. Binanın şimal tərəfi 85 m hündürlüyə sahibdir, 17 mərtəbədən ibarətdir. Cənub tərəfi isə 64 m hündürlüyə sahibdir və 13 mərtəbədən ibarətdir. 2015-ci ildə inşa edilməyə başlanıb, MAURER-in damperləri isə 2017-ci ildə quraşdırılıb.



Bizimlə bağlı sualınız var?

Sorğunuzu təqdim edin

Peşəkar xidmətlərimizdən yararlanmaq istəyirsinizsə əlaqə məlumatlarınızı qeyd edin, sizə zəng edək!