{description} page background image
MAURER şirkətinin növbəti qlobal referensiyalarından biri özünəməxsus neofuturistik dizaynı ilə dünyada xüsusi yer tutan Sinqapur hava limanıdır. Bu konstruksiya dünyanın ən böyük tək laylı polad və şüşədən ibarət olan layihəsidir. İçərisindəki şəlalə də ən hündür qapalı məkanda olan şəlalə statusunu daşıyır. 40 m hündürlükdən, hər dəqiqə 40.000 litr su axır. Hava limanı ümumi 3.5 hektarı əhatə etsə də, konstruksiyanın ümumi sahəsi 135.700 km2-dir. 10 mərtəbədən ibarətdir, onlardan 5-i sadəcə yer səthindən yuxarıda yerləşir. 


Layihənin dizaynını məşhur memar Moshe Safdie edib, eyni zamanda Sinqapurda yerləşən Marina Bay Sands layihəsinin də memarı odur. 


MAURER şrikəti bu layihə üçün 14 ədəd dəstək dayaqları yerləşdirib. Burda konstruksiyanın vahid polad-şüşə konseptində olması da nəzərə alınmalı faktorlardan idi. Bu dayaqlar sayəsində konstruksiya 8.000 kN-a qədər yüklənmə qabiliyyətinə sahibdir. Burdakı dayaqların (Bearings) diametrik 1000 mm-dir.


Konstruksiyanın inşaatı 2014-cü ildə başlayıb, 2019-da bitib. Bu layihənin bitməsi üçün xərclənən ümumi vəsait 1.7 milyard dollardır.


Bizimlə bağlı sualınız var?

Sorğunuzu təqdim edin

Peşəkar xidmətlərimizdən yararlanmaq istəyirsinizsə əlaqə məlumatlarınızı qeyd edin, sizə zəng edək!