{description} page background image
MAURER şirkətinin qlobal layihələrindən biri də Hollandiyada yerləşən fərdi yaşayış evlərinin bünövrədən seysmik qorumasıdır.


Layihə Hollandiyanın Gronigen ərazisində yerləşir. Qeyd olunan bölgədə, normadan artıq qaz istehsalının ərazinin torpaq strukturuna mənfi təsiri olub. Süxurlarda yaranan boşalmalar, ərazinin seysmiklik dərəcəsini daha da artırıb. Bu bölgədə təqribən 150 min civarında əhali yaşayır və layihə baş tutana qədər minlərlə ev zəlzələdən öz ziyanını görüb artıq. 


Hollandiya hökümətinin bu ərazidə yaşayış evləri üçün seçim edə biləcəyi 2 yol var idi. 1-ci yol daha möhkəm yaşayış evləri tikmək və ya konstruksiyaları yenidən gücləndirmək idi. 2-ci yol yaşayış binalarını bünövrədən seysmik izolyasiya etmək idi.


2-ci yol ilə ilk layihə “farmhouse” deyilən, həyət evlərində tətbiq olundu. Konstruksiyanın bünövrəsi strukturdan ayrılıb, aralarına seysmik yastıqlar əlavə olundu. SİP-D tip adlandırılan bu yastıqlar, konstruksiyanın zəlzələ vaxtı 80 mm hərəkətinə icazə verir, zəlzələ vaxtı gələn enerjini sürtünmə ilə dağıdır. Nəticədə, bu yastıqlar sayəsində zəlzələ vaxtı konstruksiya bunu təhlükəli formada hiss etmir.


Əlavə olaraq bu layihədə MAURER şirkəti özlərinin seysmik monitoring sistemlərini də təchiz edib.


Bizimlə bağlı sualınız var?

Sorğunuzu təqdim edin

Peşəkar xidmətlərimizdən yararlanmaq istəyirsinizsə əlaqə məlumatlarınızı qeyd edin, sizə zəng edək!