{description} page background image
MAURER şirkətinin son qlobal layihələrindən biri də Meksikada yerləşən Felipe Angeles hava limanı layihəsidir.


Bu hava limanının yerləşdiyi ərazi aktiv zəlzələyə çox meyillidir. Sadəcə bina olaraq əhatə etdiyi ərazi 215 000 m2-dir. Bu səbəbdən bütün konstruksiya təməldən seysmik izolyasiya edilib. Bu hava limanı, Latın Amerikanın zəlzələyə qarşı izolyasiya edilən ən böyük konstruksiyasıdır.

MAURER şirkəti bu layihə üçün 473 ədəd yastıq təchiz edib. SİP-DR tipi olan bu yastıqların əsas həll etməli olduğu tapşırıqlar bunlardır:


  • Horizontal sürətlənməni faktor olaraq 6-dan 0.1 g-ə salır. Nəticədə yastıqlar üzərində duran konstruksiya bütün istiqamətlərə doğru rahatca hərəkət edir, hər istiqamətə 300 mm-ə qədər hərəkət edə bilir.
  • Horizontal sürtünməni yavaşladır və limitləyir.
  • Konstruksiyanı zəlzələdən sonra əvvəlki vəziyyətinə qaytarır.
  • Bu yastıqlar üzərində vertikal olaraq 151 000 t yükü daşıyır.

Seçilən SİP-DR tipi yastıqlarının xidmət ömrü ən az 50 ildir. Diametri 620 mm, hündürlüyü isə 133 mm-dir.


Bizimlə bağlı sualınız var?

Sorğunuzu təqdim edin

Peşəkar xidmətlərimizdən yararlanmaq istəyirsinizsə əlaqə məlumatlarınızı qeyd edin, sizə zəng edək!