{description} page background image
MAURER şirkətinin qlobal layihələrindən biri də The Secrets & Dreams Bahia Mita Hotel layihəsidir. Bu Latın Amerikanın bütünlüklə seysmik yastıqlar üzərində duran ən böyük konstruksiyasıdır. 


Bu layihə bütünlüklə 410 ədəd SİP-D tipli yastıq üzərində inşa olunub. Hansı ki bu yastıqlar konstruksiyanın 500 mm hərəkət qabiliyyətinə imkan yaradır. Şəkillərdən də görə biləcəyiniz kimi konstruksiyanın bütünlüklə yastıqlar üzərinə inşa olunması texniki baxımdan mümkün deyildi. Bu səbəbdən, konstruksiya 4 fərqli hissəyə bölünüb, bu bir-birindən fərqli hissələr genəldici bəndlərlə ayrılıblar. Nəticə olaraq, zəlzələ vaxtında konstruksiyanın hissələri müstəqil formada hərəkət edə bilir.


Quraşdırılan SİP-D tipli 410 yastığın sahib olduğu əsas 4 funksiyanı təqdim edirik:


  • Yastıqlar binanı təməlindən ayıraraq üfüqi hərəkət qabiliyyətini bütün istiqamətlərə 500 mm etməkdədir.
  • Daxili sürtünmə ilə hərəkət qabiliyyətini limitləyir.
  • Zəlzələdən sonra binanı əvvəlki vəziyyətinə geri qaytarır.
  • Şaquli yükləri ötürürlər.
Layihənin sifarişçisi olan AMR şirkətindən əsas 2 istək vardı. Güclü zəlzələ anında belə xidmətlər davam etməlidir və daha yüksək yaşam ömrü. Konstruksiya həm genəldici bəndlərlə, həm də 2 qat (D – Double) SİP-D tipi yastıqlarla inşa olunaraq 1-ci istək reallaşdırılmışdır. Və təchiz edilən məhsullar 100 ilə qədər xidmət göstərə biləcək.


Əlavə olaraq qeyd etmək istərdik ki, sadəcə bu 410 ədəd yastıqla, layihənin yük daşıyıcı təməl inşasının xərcindən 15 faizlik qənaət edilib.


Bizimlə bağlı sualınız var?

Sorğunuzu təqdim edin

Peşəkar xidmətlərimizdən yararlanmaq istəyirsinizsə əlaqə məlumatlarınızı qeyd edin, sizə zəng edək!