{description} page background image
Əlcəzayirin ən böyük, dünyanın isə 3-cü ən böyük məscidinə MAURER şirkətindən 500 illik seysmik qoruma sistemi təmin edilib. Məscidin əhatə etdiyi ümumi ərazi 400 000 m2-dir. Bu layihə üçün hazırlanan seysmik qoruma sisteminin mərkəzində konstruksiyanı və məscidə gələn insanları, xırda və orta dərəcəli zəlzələrə qarşı tamamilə qorumaq və ciddi zəlzələlərə qarşı konstruksiyanın davamiyyətini artırmaq məqsədləri dayanırdı. 


Bu layihə çərçivəsində MAURER 246 ədəd SİP model yastıqlar (SİP Pendulum Bearings) və 80 ədəd hidravlik damper (adaptive hydraulic dampers) təchiz edib. Yastıqlar konstruksiyanı üfüqi olaraq təməlindən ayırıb, damperlər isə konstruksiyanın üfüqi hərəkətini təmin edir (655 mm-ə qədər icazə verir).


SİP model yastıqların yerinə yetirdi 4 əsas funksiya:


  • Konstruksiyanın şaquli yüklərini daşıyır
  • Yastıqların sürüşmə funksiyası üfüqi olaraq 655 mm-ə qədər hərəkətə icazə verir
  • Yastıqlar konstruksiyanı təməldən ayıraraq izolyasiya edir
  • Hər hansısa zəlzələ hərəkətindən sonra sürüşməli yastıqlar konstruksiyanı ilk və orginal vəziyyəti doğru avtomatik qaytarır

Hidravlik damperlər konstruksiyaya eninə və uzununa olaraq quraşdırılıb. Maksimum cavab qüvvəsi 3 065 kN-dur.


Bizimlə bağlı sualınız var?

Sorğunuzu təqdim edin

Peşəkar xidmətlərimizdən yararlanmaq istəyirsinizsə əlaqə məlumatlarınızı qeyd edin, sizə zəng edək!