{description} page background image
“Tlahuac Hospital” Mexiko şəhərinin ilk seysmik izolyasiyalı xəstəxanası statusunu daşımaqdadır. Bu layihədə MAURER tərəfindən 3 fərqli xüsusiyyətdə cəmində 243 ədəd yastıq (isolators) təchiz edilib.


Layihə ilə bağlı qısaca məlumatları qeyd edək. Mexiko şəhəri əslində seysmik ocağa yaxın bir ərazi deyil, sadəcə şəhər əvvəl göl yerləşən ərazinin üzərinə inşa olunub. Bu deməkdir ki, yerləşdiyi ərazinin torpağı daha çox su tərkibli gildən ibarətdir. Bu səbəbdən burda baş verəcək orta dərəcəli zəlzələ ətraf ərazilərdəki şiddətli zəlzələyə bərabər olur. Torpağın quruluşunun verdiyi dezavantaj konstruksiyanının seysmik izolyasiya edilməsi ilə aradan qaldırılıb.


Tlahuac xəstəxanası möhkəm və nəhəng beton qutu üzərinə inşa olunub. Xəstəxana tamamilə 243 ədəd yastıq (isolators) ilə təməldən izolyasiya edilib. Bu yastıqların diametri 850 mm-dir. 


Seymik izolyasiya ilə bağlı araşdırmalar və hesablamalar sonrasında, yastıqların 1-1.2 m hərəkət qabiliyyətinə ehtiyac olmadığı təsdiq edilib. Nəticədə 400 mm hərəkət qabiliyyəti xüsusiyyəti üzərində qərar verilib. Yerləşdiyi ərazi baxımından bu hərəkət qabiliyyətinin konstruksiya üçün kifayət olacağı düşünülüb. 


Yastıqların elastomerik gövdəsi 50 000 t şaqüli yük daşımaqdadır, eyni zamanda üfüqi hərəkəti təmin edir, zəlzələ sonrasında isə konstruksiyasının əvvəlki vəziyyətinə qayıtmasına kömək edir.


2020-ci ilin yayında konstruksiya 7.5 ballıq zəlzələ sınağından problemsiz və ziyansız olaraq çıxıb. 


Bizimlə bağlı sualınız var?

Sorğunuzu təqdim edin

Peşəkar xidmətlərimizdən yararlanmaq istəyirsinizsə əlaqə məlumatlarınızı qeyd edin, sizə zəng edək!