{description} page background image
MAURER şirkətinin seysmik qoruma sistemləri ilə bağlı fərqli layihələrdən biri Peru-da yerləşən bir bina üçün TMD sisteminin tətbiqidir. 


Layihə Peru-da 9 mərtəbəli siğorta şirkətinin inzibati binasının vibrasiya uducularla təmin edilməsidir. Sözü gedən inzibati bina 9 mərtəbəli, 40 m hündürlüyə sahib, incə, asimetrik və yumşaq çərçivəlidir. Bu binanın küləyin təsirinə qarşı bir zəifliyi olmasa da, zəlzələyə qarşı olduqca müdafiəsizdir. Ancaq belə bir nüans var ki, binanın sahibi binanın daxili memari dizaynı pozulmasın deyə gücləndirici əlavə divarlara razı olmayıb. Bu səbəbdən həll yolu binanın daxilinə fiziki müdaxilə olmadan edilməli idi.


Araşdırmalardan sonra məlum olub ki, binanın 9-cu mərtəbəsində 225 mm hərəkət mövcuddur. Bu həm binanın dağılmasına, həm də insanların zərər görməsinə gətirib çıxara biləcək bir nəticədir.


Təklif olunan həll yolu isə belədir: Binanın ən üst nöqtəsində rezin dayaqlar üzərinə beton kütlə əlavə olunacaq və bu sistem TMD (inersiyalı kütlə damperi) məntiqi ilə işləyəcək. Bu ilk TMD mexanizmidir ki, küləkdən qabaq zəlzələ faktoru əsas alınaraq tərtib edilib. Təklif olunan bu mexanizmin bir faydası daha var. Belə ki, normal TMD sistemlərində binanın üzərinə müəyyən ağırlığa sahib bir kütlə əlavə olunur. Burda isə bu kütlə həm də binanın damı rolunu oynayaraq, binanın kütləsinin bir parçası olub. Bu da sifarişçi üçün ciddi mənada xərcə qənaət deməkdir.


Sözü gedən beton kütlə 600 mm qalınlıqda, 13x11 m ölçülərindədir. Təqribi ağırlığı isə 210 t-dur. Layihədə 11 ədəd rezin dayaqdan istifadə olunub. Bu dayaqlar sayəsində hərəkət 160 mm-ə qədər endirilib. Dayaqların hündürlüyü 300 mm, diametri isə 500 mm-dir.


Bizimlə bağlı sualınız var?

Sorğunuzu təqdim edin

Peşəkar xidmətlərimizdən yararlanmaq istəyirsinizsə əlaqə məlumatlarınızı qeyd edin, sizə zəng edək!