MAURER-in qlobalda seysmik qorumasını icra etdiyi layihələrdən biri də Serbiyada, Biosense adlı laborotoriya və test mərkəzi binası üçün bünövrədən seysmik qoruma sistemi təmin edib. Detalları barədə aşağıda qeyd edirik.
Şəkildə gördüyünüz əsas binanın daxilində kiçik ayrıca bir bölüm var, hansı ki həmən bölməni ən xırda vibrasiyadan (yaxınlıqdakı avtomobil yolunun təsirindən) və zəlzələdən tam qoruma altına almaq lazımdır. MAURER şirkəti bu layihədə bir Avstriya şirkəti ilə əməkdaşlıq edərək xüsusi bir material hazırlayır və SİP-V adlı yeni məhsulunu təqdim edir.
Bununla:
- Bina bünövrədən tamamilə izolyasiya edilir və bütün istiqamətlərə maksimum 100 mm olmaqla hərəkət qabiliyyəti qazandırılır.
- Üfüqi hərəkət müəyyən səviyyədə limitləndirilir, yaranan sürtünmə kinetik enerjiyə çevrilir.
- SİP V dayaqları zəlzələdən və ya vibrasiyadan sonra binanı öz yerinə, mərkəzə qaytarır.
- 4 000 kN-a qədər şaquli yükü qarşılamaq qabiliyyətinə sahibdir.
Quraşdırılan dayaqların ölçüsü 650x650x210 mm və xidmət ömrü minimum 50 ildir. Bundan savayı binanın daxilindəki kiçik hissələri əyilmədən qorumaq üçün 4 ədəd də hidravlik damper montaj edilib.






