{description} page background image
MAURER şirkəti seysmik qoruma sistemlərindən əlavə olaraq metal konstruksiya olaraq Gözləm Çarxı, Roller Coaster və s. məhsullar da istehsal etməkdədir. 


Şəkillərdən gördüyünüz modelin adı Ferris Wheel R80XL-dir, bu çarxın diametri Bakı bulvarındakından təqribən 2 dəfə böyükdür (74 m). Sərinişin daşıma kabinləri 2 alternativlə təklif olunur. 


  • 1-ci variant 54 ədəd Ethos kabinləri, hər kabin 8 sərnişin tutumuna malikdir. 
  • 2-ci variant 27 ədəd Zeppelin kabiləri, hər kabin 16 sərnişin tutumuna malikdir.
R80 XL gözləm çarxının hündürlüyü 78 m, diametri 74 m-dir. Saatlıq sərnişin daşıma tutumu isə 1700 nəfərdir. Bu model 8 ədəd Siemens AC motorları ilə fəaliyyət göstərir.


MAURER şirkəti əsasən seysmik qoruma sistemləri ilə tanınsa da, eyni zamanda polad konstruksiya və mühəndislik sahələrində də olduqca güclü təcrübəyə malikdir. Qeyd etmək istərdik ki, Almaniyanın MAURER şirkəti 1876-ci ildən bu günə qədər fəaliyyət göstərməkdədir.


Sadəcə Gözləm Çarxı məhsulunu əsas alsaq, 2002-ci ildən bu yana MAURER fərqli ölkələrdə 30 Ferris Wheel quraşdırıb.


Bizimlə bağlı sualınız var?

Sorğunuzu təqdim edin

Peşəkar xidmətlərimizdən yararlanmaq istəyirsinizsə əlaqə məlumatlarınızı qeyd edin, sizə zəng edək!