{description} page background image
ESDESCON MMC olaraq, Almaniyanın MAURER şirkətinin genəldici bənd və dayaqlarını ölkəmizdəki layihələr üçün təmin edirik. Bu layihələrdən biri də Qarabağın inkişaf planına daxil olan layihələrdən biri, Ağdam-Hindarx-Ağcabədi avtomobil yolu layihəsidir. 


Bu yolun baş podratçısı olan KÖRPÜ BİNA TİKİNTİ MMC-yə MAURER genəldici bəndi (deformasiya tikişi) və MAURER elastomer dayaqları tədarük edirik. 


Bu avtomobil yolu layihəsi 45 km uzunluğa sahibdir, layihədə 3 ədəd körpü mövcuddur (Kanal üzərində körpü, Qar-Qar çay üzərində körpü və Qarabağ kanalı üzərində körpü). Avtomobil yolu 2-ci texniki dərəcəyə əsasən inşa edilir.


Şirkətimiz adına Qarabağ İnkişaf Planının bir parçası olmaq bizim üçün də qürur vericidir.


Bizimlə bağlı sualınız var?

Sorğunuzu təqdim edin

Peşəkar xidmətlərimizdən yararlanmaq istəyirsinizsə əlaqə məlumatlarınızı qeyd edin, sizə zəng edək!