{description} page background image
ESDESCON MMC olaraq, Almaniyanın MAURER şirkətinin genəldici bəndlərini və dayaqlarını təmin etdiyimiz layihələrdən biri də Qarabağ və Şərqi Zəngəzur ərazisindəki Qubadlı-Eyvazlı avtomobil yolu layihəsidir.


Qarabağ İnkişaf Planının bir parçası olan Qubadlı-Eyvazlı avtomobil yolu layihəsi 28.5 km uzunluğundadır və 4-cü dərəcəyə uyğun inşa edilib. Tikinti işləri Protean Construction ASC tərəfindən icra edilib. ESDESCON MMC olaraq sözü gedən layihədə körpü layihələri üçün MAURER istehsalı 108 ədəd elastomer dayaq və cəmi 65 metr uzunluğunda 5 ədəd genəldici bənd təmin etmişik.


Şirkətimiz adına Qarabağ İnkişaf Planının bir parçası olmaq bizim üçün də bir şərəfdir.


Bizimlə bağlı sualınız var?

Sorğunuzu təqdim edin

Peşəkar xidmətlərimizdən yararlanmaq istəyirsinizsə əlaqə məlumatlarınızı qeyd edin, sizə zəng edək!