{description} page background image
MAURER şirkəti körpü və viyadükt layihələri üçün genəldici bəndlər, dayaqlar və damperlər təmin etməkdədir. MAURER-in bu çərçivədə icra etdiyi qlobal layihələrdən biri Vyana şəhərində, Danube çayının üzərində yerləşir. Körpü Reichsbrücke olaraq adlanır. Körpünün ümumi uzunluğu 528 m-dir.


Bu layihədə əsas çətinliklərdən biri sahənin olduqca dar, amma daşıdığı yük kifayət qədər yüksək olmasıdır. Maurer şirkətinin üzərinə düşən iş də bu situasiyaya uyğun həll yolu gətirmək idi. Maurer kompakt dizayn ilə, mövcud sahədə yüksək yükə davamlı sferik yastıqlar istehsal etdi. Bu yastıqların ən vacib xüsusiyyətlərindən biri son dərəcə az sürtünmə ilə yüksək yükə davamlı olmasıdır.


Bu  layihəyə 1350x1350 mm ölçülü və 1.5-3.3 ton çəkiyə malik cəmində 8 sferik yastıq işlənib. P7 və P10 dayaqlarına, hər birinə 4 ədəd olmaqla. Şəkilləri incələyərək bu yastıqları görə bilərsiniz.


Bizimlə bağlı sualınız var?

Sorğunuzu təqdim edin

Peşəkar xidmətlərimizdən yararlanmaq istəyirsinizsə əlaqə məlumatlarınızı qeyd edin, sizə zəng edək!