{description} page background image
MAURER şirkəti körpü və viyadükt layihələri üçün genəldici bəndlər, dayaqlar və damperlər təmin etməkdədir. MAURER-in bu çərçivədə icra etdiyi qlobal layihələrdən biri Ankarada yerləşən Çayırhan körpü layihəsidir.


Layihə ilə bağlı əsas məqamlardan biri körpünün yerləşdiyi ərazinin daima sel basqınlarına məruz qaldığıdır. Bu səbəbdən körpü üçün dizayn olunan yastıqların əsas funksiyası bu sel fəlakətlərinə qarşı dözümlü olmaqlarıdır. Əlavə olaraq yastıqlar (SİP – sliding isolation pendulums) dizayn olunarkən sel, zəlzələ riski və yüksək konstruktiv yük faktorları da nəzərə alınmışdır.


Maurer şirkətinin bu layihə üçün dizayn etdiyi Yastıqların yerinə yetirməli olduğu əsas tapşırıqlar bunlardır, toz və bu kimi şeylərə qarşı yastığı qorumaq və daim aktiv saxlamaq, 10.000t yükə qarşı davamlılığını təmin etmək və gələn üfüqi qüvvələrin zəiflədilməsi ilə seysmik hərəkətliliyi təmin etmək.


Nəticə etibarilə Çayırhan Körpüsü üçün təchiz edilən bu yastıqların yerinə yetirdiyi fəaliyyətləri sıralayaq:


  • Şaquli yükləri 56 MN-a qədər çevirmək
  • 157 mm-lik üfüqi hərəkətliliyə icazə vermək
  • Yastıqların sürüşməsi hesabına zəlzələ qüvvəsinin dağıdılması
  • Sürüşməli yastıq dizaynının köməyilə zəlzələdən sonra konstruksiyanın standart vəziyyətinə qaytarılması

Bizimlə bağlı sualınız var?

Sorğunuzu təqdim edin

Peşəkar xidmətlərimizdən yararlanmaq istəyirsinizsə əlaqə məlumatlarınızı qeyd edin, sizə zəng edək!