{description} page background image
MAURER şirkəti körpü və viyadükt layihələri üçün genəldici bəndlər, dayaqlar və damperlər təmin etməkdədir. MAURER-in bu çərçivədə icra etdiyi qlobal layihələrdən biri Kanada, Montrealda yerləşən St. Lawrence çayı üzərindəki Champlain körpüsüdür. Maurer bu layihə üçün məhsullarından Guided Cross-Tie (idarə olunan çarpaz bağ və ya əlaqə) istifadə etməyi seçib. Və bu sistem yeni dizayn edilən reysdən çıxmanı önləyən qurğu ilə birgə təmin edilib.
 
 
 Körpünün ümumi uzunluğu 3.4 km-dir, əsas aşırımı 240 m, hündürlüyü isə 170 m-dir. Körpünün ilk versiyası 1962-ci ildə inşa olunub. Ancaq güclü külək, ciddi soyuq keçən qış fəsli və zəlzələlər bu körpü üçün yeni bir həll yolu ortaya qoymağa məcbur etdi.
 
 
 Bu dəmiryolu körpüsü üçün quraşdırılan genəldici bənd üçün mühüm tələblər bunlar idi:
 
 
  •  Tamamilə su keçirməz olmalıdır
  •  Fəaliyyət nəqliyyat axınına maneə olmamalıdır
  •  Beton yolun mərkəzində möhkəm plitənin yola quraşdırılması mümkün olmalıdır
  •  Ara məsafələrin mükəmməl formada açılıb-yığılması təmin edilməlidir
  •  -35 və +40 dərəcələr arasında fəaliyyəti mümkün olmalıdır
 Dəmiryol körpülərində istifadə olunan Guided Cross-Tie genəldici bəndi, avtomobil yolları üçün nəzərdə tutulan Swivel Joist ilə eyni məntiqi daşımaqdadır. Sadəcə dəmiryolu olduğundan, qatarın sürətli hərəkətlərini, tormozlarını nəzərə alaraq daha çox yükə məruz qalmaqdadır.
 
 
 Təmin olunan genəldici bəndin hərəkəti test nəticəsi ilə ümumilikdə cəmi 10 km sürüşmə qabiliyyətinə icazə verir. Körpü üçün ümumi 125 il ömür müəyyən edilib, genəldici bənd üçün isə minimum 60 il müəyyən edilib.


Bizimlə bağlı sualınız var?

Sorğunuzu təqdim edin

Peşəkar xidmətlərimizdən yararlanmaq istəyirsinizsə əlaqə məlumatlarınızı qeyd edin, sizə zəng edək!