{description} page background image
MAURER şirkəti körpü və viyadükt layihələri üçün genəldici bəndlər, dayaqlar və damperlər təmin etməkdədir. MAURER-in bu çərçivədə icra etdiyi qlobal layihələrdən biri Kolumbiyada yerləşən Alberto Pumarejo Körpüsü layihəsidir. MAURER bu körpü üçün 80 ədəd Sferik və Elastomer dayaq təmin edib. Layihə ilə bağlı xüsusi məqamları aşağıda qeyd edirik.


Körpü 3 hissədən ibarətdir. 2-si Viyadük, 1-i isə əsas körpüdür. Ümumi uzunluğu 3 237 m təşkil edir və 29 ədəd aşırımdan ibarətdir. Bu layihədə MAURER-in həll etməli olduğu 2 məqam vardı:


  • Körpünün güclü küləklərə və zəlzələyə qarşı təhlükəsizliyinin təmini
  • Körpüdəki sıxma və dartma qüvvələrinə qarşı körpünün təhlükəsizliyinin təmini
MUARER körpüdəki sıxma qüvvəsinə qarşı MSM Sferik Dayaq, dartma qüvvəsinə qarşı isə Elastomer Dayaq istifadə etdi. Burda seçilən həll yolu üst-üstə 2 dayaqdan istifadə idi. Şəkillərdə bununla bağlı cizgini görə bilərsiniz. Sadəcə P13 və P14 sütunları ilə körpü aşırımı arasında 10 ədəd Dayaqdan istifadə olundu.


Körpü aşırımlarındakı uzununa doğru yaranan hərəkəti MAURER-in 2 ədəd böyük MSM Sferik Dayaqları qarşılayır, eniniə doğru yaranan hərəkəti isə 4 ədəd Elastomer Dayaq qarşılayır.


Bu layihədə tətbiq olunan dayaqların ən böyüyünün ölçüsü 150 x 150 sm-ə yaxınlaşır, çəkisi isə 5.5 ton-dur.


Bizimlə bağlı sualınız var?

Sorğunuzu təqdim edin

Peşəkar xidmətlərimizdən yararlanmaq istəyirsinizsə əlaqə məlumatlarınızı qeyd edin, sizə zəng edək!