{description} page background image
MAURER şirkəti körpü və viyadükt layihələri üçün genəldici bəndlər, dayaqlar və damperlər təmin etməkdədir. MAURER-in bu çərçivədə icra etdiyi qlobal layihələrdən biri Dubayda yerləşən körpü layihəsidir.


MAURER şirkətinin fəaliyyət sahələrindən biri körpü və viyadüklər üçün genəldici bənd və dayaqlar təmin etməkdir. Bu layihəni xüsusi edən tərəflərdən biri odur ki, Dubay şəhərində yerləşən bu körpüdə istifadə olunan dayaqlar üçün müxtəlif tələblər qoyulmuşdu. İlk növbədə 60 dərəcə istiliyə tab gətirən və sonra 40 Mpa təzyiqə davamlı olan dayaq tələbi qoyulmuşdu. 


Bu su kanalı 3 km uzunluğa və 120 m-ə qədər çatan enə sahibdir. Üzərində 4 ədəd fərqli körpü yerləşir. Hər körpünün podratçısı isə fərqli idi. Sadəcə qoyulan tələblər eyni idi. Yüksək istlik və təzyiqə davalı dayaqlar üçün MAURER xüsusi olaraq MSM Plus məhsulunu dizayn etdi. Bu məhsul Ştutgart Universitetində test olundu və sifarişçi tərəfindən qoyulan bütün tələbləri qarşılayan yeganə şirkət MAURER oldu. Bu 4 körpü üçün podratçı fərqli olsa da istifadə olunan dayaq texnologiyası MAURER-in MSM Plus məhsulu oldu.


MAURER bu layihə üçün cəmində 143 ədəd dayaq təmin etdi. Dayaqlar 30 MN-a qədər qüvvəni  qarşılaya bilməkdədir. MAURER-ə aid olan 4-cü körpü hər istiqamətdə 4 zolaqdan ibarət idi.

 

Bizimlə bağlı sualınız var?

Sorğunuzu təqdim edin

Peşəkar xidmətlərimizdən yararlanmaq istəyirsinizsə əlaqə məlumatlarınızı qeyd edin, sizə zəng edək!