{description} page background image
MAURER şirkəti körpü və viyadükt layihələri üçün genəldici bəndlər, dayaqlar və damperlər təmin etməkdədir. MAURER-in bu çərçivədə icra etdiyi qlobal layihələrdən biri Almaniya, Augsburg-da yerləşən avtomobil körpü layihəsidir. 


Bu körpünün genəldici bəndlərinin çıxarılıb, yenisi ilə əvəzlənməsini Maurer cəmi 57 saatda bitirmişdir. Burada istifadə olunan əsas köməkçi məhsullardan biri də Maurer-in mobil körpü (və ya səyyar körpü) rolunu oynayan məhsuludur. Şəkillərdən görə biləcəyiniz kimi genəldici bəndin üzəri bu polad mobil körpülərlə örtülür. Bu, hərəkətin davam etməsini təmin edir. Körpünün bir hissəsində genəldici bənd dəyişdirilərkən, həmən polad mobil körpü yuxarı doğru qaldırılır, digər hissələr isə öz yolunda hərəkətinə davam edir. Bu qayda da növbə ilə bütün genəldici bənd hərəkət axınını dayandırmadan dəyişdirilir.


Bu cür həll yolunun tətbiqi xüsusən şəhər içi körpülərdə böyük əhəmiyyət kəsb edir. Çünki, hərəkət axınının qarşısı alınmadığına görə tıxac yaranmır, nəqliyyat vasitələri digər zolaqlardan hərəkətə davam edir. Həm də körpünün günlərlə hərəkətə bağlanması iqtisadiyyata görünməyən, ancaq ciddi səviyyədə zərər vurmaqdadır. Bu üsul ilə bu zərərin də qarşısı alınmaqdadır.


Bizimlə bağlı sualınız var?

Sorğunuzu təqdim edin

Peşəkar xidmətlərimizdən yararlanmaq istəyirsinizsə əlaqə məlumatlarınızı qeyd edin, sizə zəng edək!