Şəkildə gördüyünüz layihə Almaniyada, Offenburg-da yerləşən sərgi mərkəzidir. Layihənin adı Edeka Arena olaraq adlanır. Layihə 7000 m2-lik ərazini əhatə edir. Təyinatı sadəcə biznes sərgiləri üçün deyil, eləcə də müxtəlif təyinatlı bir çox layihə üçün istifadə ediləbiləcək bir layihədir. Layihə fərqli hündürlüklərə sahib 3 konstruksiyadan ibarətdir.
Bu layihənin tikintisi zamanı istifadə olunan qəliblər:
- 2500 m2 NOEtop Divar qəlibləri
- Müxtəlif ölçülü qəlib panellər
- Qəlib dəstək sistemləri və s.
Azərbaycan nümayəndəsi olduğumuz Almaniyanın NOE şirkəti 1950-ci illərdən qəlib məhsullarının istehsalı ilə məşğuldur. Bu qəlib sistemləri, bina və bu tip digər konstruksiyaların, körpü və tunellərin inşaatında istifadə olunur.




