Şəkillərini gördüyünüz layihə Almaniyada, Penig bölgəsində yerləşən Zwickauer Mulde Valley ərazisindəki körpü layihəsinə aiddir.
NOE şirkəti sözü gedən layihə üçün təmin edib:
- Döşəmə qəlibləri
- Qalxan qəlib hissələri
- Qəlib dəstək sistemləri
- NOEplast, “Freiburg” kodlu memari qəlib
- H20, taxta tirlər
Azərbaycan nümayəndəsi olduğumuz Almaniyanın NOE şirkəti 1950-ci illərdən qəlib məhsullarının istehsalı ilə məşğuldur. Bu qəlib sistemləri, bina və bu tip digər konstruksiyaların, körpü və tunellərin inşaatında istifadə olunur.





