Layihə sel fəlakətlərinin qarşısını almaq üçün inşa olunan istinad divarları ilə bağlıdır. Sözü gedən layihədə istinad divarlarının fasadları NOEplast hörgü relyefinə (masonry relief) uyğun tikilib. İstifadə olunan NOEplast məhsulu Murus Romanus (latıncadan dilimizə “Roma Divarı” olaraq tərcümə edilir) adında Daş Hörgü relyefini yansıdan memari qəlibdir. Bir digər məhsul isə tikinti üçün divar qəlibi NOECombi 70-dir.
ESDESCON MMC olaraq, Azərbaycan nümayəndəsi olduğumuz Almaniyanın NOE şirkəti 1950-ci illərdən qəlib məhsullarının istehsalı ilə məşğuldur. Qəlib məhsullarına əlavə olaraq, NOE həm də memari qəliblərin istehsalı ilə məşğuldur.
Memari qəliblər beton səthlərə istənilən növ naxış, şəkil, dizayn, ornament, loqo və s. əldə etməyimizi təmin edir. Bunlar NOE-nin özünün kataloqundan da seçilə bilir. Və ya sifarişçi özünün hazırladığı dizayna uyğun memari qəlib də sifariş edə bilir.
Memari qəliblərlə dizaynda fərqlilik yaratmağı hədəfləyən NOE şirkəti eyni zamanda bu işlərdə yaranacaq xərclərə qənaət imkanı yaradır. Belə ki, hər bir qəlib 100 dəfəyə qədər istifadə edilə bilir.






