{description} page background image

Şəkilləri gördüyünüz layihə Fransada, Montpellier-də yerləşməkdədir. Konstruksiya məktəb şagirdləri üçün təyin olunmuş təhsil və əyləncə mərkəzidir. Bu layihədə istifadə olunan formliner “Camargue” olaraq adlanır. Bu formliner NOE-nin öz kataloquna aid olanlardan deyil. Xüsusi olaraq bu layihə üçün dizayn və istehsal olunub. Şəkillərdən də görə biləcəyiniz kimi beton səthin üzərindəki naxışlar “qamış”-a oxşamaqdadır. Bu formliner-ı əldə etmək üçün sırf təbii qamışlardan istifadə olunub. Qamışlar xüsusi maye kimyəvilərdə saxlanılaraq öz teksturasını kopyalamışdır.


ESDESCON MMC olaraq, Azərbaycan nümayəndəsi olduğumuz Almaniyanın NOE şirkəti 1950-ci illərdən qəlib məhsullarının istehsalı ilə məşğuldur. Qəlib məhsullarına əlavə olaraq, NOE həm də memari qəliblərin istehsalı ilə məşğuldur.


Memari qəliblər beton səthlərə istənilən növ naxış, şəkil, dizayn, ornament, loqo və s. əldə etməyimizi təmin edir. Bunlar NOE-nin özünün kataloqundan da seçilə bilir. Və ya sifarişçi özünün hazırladığı dizayna uyğun memari qəlib də sifariş edə bilir.


Memari qəliblərlə dizaynda fərqlilik yaratmağı hədəfləyən NOE şirkəti eyni zamanda bu işlərdə yaranacaq xərclərə qənaət imkanı yaradır. Belə ki, hər bir qəlib 100 dəfəyə qədər istifadə edilə bilir.

Bizimlə bağlı sualınız var?

Sorğunuzu təqdim edin

Peşəkar xidmətlərimizdən yararlanmaq istəyirsinizsə əlaqə məlumatlarınızı qeyd edin, sizə zəng edək!