Şəkillərini gördüyünüz layihə İsveçrədə reallaşan Swiss Life Arena layihəsidir. Bu layihə üçün NOE şirkəti 50-dən artıq fiqurda və ölçüdə formliner təmin edib. Ümumilikdə 200-dən artıq formliner seksiyası təmin edilib. Ən böyük formlinerlardan birinin ölçüləri belədir: Uzunluğu 21.7 m, eni 11.59 m. Yəni təqribən 252 m2. Burda bir nüansı qeyd etmək vacibdir.
Dizayn tekstil quruluşu ilə klassik üslubu özündə ehtiva etməkdədir. Qıraqlardan büzülən dizayn “pərdə” simvolunu da yansıtmaqdadır. Ümumən klassik və çadır (tekstil üslubuna görə) xüsusiyyətlərini özündə ehtiva edən bu layihə xalqa açıq, toplanma yeri mesajını da verməkdədir.
ESDESCON MMC olaraq, Azərbaycan nümayəndəsi olduğumuz Almaniyanın NOE şirkəti 1950-ci illərdən qəlib məhsullarının istehsalı ilə məşğuldur. Qəlib məhsullarına əlavə olaraq, NOE həm də memari qəliblərin istehsalı ilə məşğuldur.
Memari qəliblər beton səthlərə istənilən növ naxış, şəkil, dizayn, ornament, loqo və s. əldə etməyimizi təmin edir. Bunlar NOE-nin özünün kataloqundan da seçilə bilir. Və ya sifarişçi özünün hazırladığı dizayna uyğun memari qəlib də sifariş edə bilir.
Memari qəliblərlə dizaynda fərqlilik yaratmağı hədəfləyən NOE şirkəti eyni zamanda bu işlərdə yaranacaq xərclərə qənaət imkanı yaradır. Belə ki, hər bir qəlib 100 dəfəyə qədər istifadə edilə bilir.






