Şəkillərini gördüyünüz bu layihə Hollandiyada yerləşən bir universitet layihəsi ilə bağlıdır. Görə biləcəyiniz kimi konstruksiyanın həm xarici fasadında, həm də daxili dizaynında beton səthlərin üzərində naxışlara yer verilib. Seçilən formliner qamış formasında olan şəkillərdən ibarətdir. Layihənin dizaynına uyğun olaraq qara rənglə rənglənib. Bu layihədə hətta binanın şüşələrində də qamış teksturasına yer verilib. Məqsəd həm dizayn bütünlüyünün təmin olunması, həm də günəşli vaxtlarda universitetin daxilinə günəşi tam əks etdirməməsi üçündür.
ESDESCON MMC olaraq, Azərbaycan nümayəndəsi olduğumuz Almaniyanın NOE şirkəti 1950-ci illərdən qəlib məhsullarının istehsalı ilə məşğuldur. Qəlib məhsullarına əlavə olaraq, NOE həm də memari qəliblərin istehsalı ilə məşğuldur.
Memari qəliblər beton səthlərə istənilən növ naxış, şəkil, dizayn, ornament, loqo və s. əldə etməyimizi təmin edir. Bunlar NOE-nin özünün kataloqundan da seçilə bilir. Və ya sifarişçi özünün hazırladığı dizayna uyğun memari qəlib də sifariş edə bilir.
Memari qəliblərlə dizaynda fərqlilik yaratmağı hədəfləyən NOE şirkəti eyni zamanda bu işlərdə yaranacaq xərclərə qənaət imkanı yaradır. Belə ki, hər bir qəlib 100 dəfəyə qədər istifadə edilə bilir.




