Şəkillərini gördüyünüz layihə Hollandiyada yerləşən, orta əsrlərə aid ən qədim qaladır. Qalanın müasirləşdirilməsi ilə bağlı tikinti işləri icra edilərkən NOE şirkətinin formliner-larından birini seçərək tətbiq ediblər. Şəkillərdə beton səthlərin üzərində gördüyünüz dizayn NOE-nin memari qəlibləri (formliner) ilə əldə edilib.
ESDESCON MMC olaraq, Azərbaycan nümayəndəsi olduğumuz Almaniyanın NOE şirkəti 1950-ci illərdən qəlib məhsullarının istehsalı ilə məşğuldur. Qəlib məhsullarına əlavə olaraq, NOE həm də memari qəliblərin istehsalı ilə məşğuldur.
Memari qəliblər beton səthlərə istənilən növ naxış, şəkil, dizayn, ornament, loqo və s. əldə etməyimizi təmin edir. Bunlar NOE-nin özünün kataloqundan da seçilə bilir. Və ya sifarişçi özünün hazırladığı dizayna uyğun memari qəlib də sifariş edə bilir.
Memari qəliblərlə dizaynda fərqlilik yaratmağı hədəfləyən NOE şirkəti eyni zamanda bu işlərdə yaranacaq xərclərə qənaət imkanı yaradır. Belə ki, hər bir qəlib 100 dəfəyə qədər istifadə edilə bilir.






