{description} page background image

Şəkillərini gördüyünüz layihə Almaniyanın Döbeln ərazisində yerləşən bir layihəhə aiddir. Layihənin əsas məqsədi sel fəlakətlərinə qarşı şəhərin qorunmasını təmin etməkdir. Daha öncə (2002-2013) sel fəlakətinə məruz qaldıqlarına görə, artıq beton səddlərlə selin qarşısını almaq hədəflənir. Bu beton səddlərdə NOE formliner ilə fərqli bir dizayn da edilib. İstifadə olunan formliner “Murus Romanus” kodlu NOEplast məhsuludur. Daş hörgü teksturasına aiddir. Şəkillərdən də görə biləcəyiniz kimi piqmentli daş hörgü divarına bənzəyir.


ESDESCON MMC olaraq, Azərbaycan nümayəndəsi olduğumuz Almaniyanın NOE şirkəti 1950-ci illərdən qəlib məhsullarının istehsalı ilə məşğuldur. Qəlib məhsullarına əlavə olaraq, NOE həm də memari qəliblərin istehsalı ilə məşğuldur.

Memari qəliblər beton səthlərə istənilən növ naxış, şəkil, dizayn, ornament, loqo və s. əldə etməyimizi təmin edir. Bunlar NOE-nin özünün kataloqundan da seçilə bilir. Və ya sifarişçi özünün hazırladığı dizayna uyğun memari qəlib də sifariş edə bilir.

Memari qəliblərlə dizaynda fərqlilik yaratmağı hədəfləyən NOE şirkəti eyni zamanda bu işlərdə yaranacaq xərclərə qənaət imkanı yaradır. Belə ki, hər bir qəlib 100 dəfəyə qədər istifadə edilə bilir.

Bizimlə bağlı sualınız var?

Sorğunuzu təqdim edin

Peşəkar xidmətlərimizdən yararlanmaq istəyirsinizsə əlaqə məlumatlarınızı qeyd edin, sizə zəng edək!