Şəkillərini gördüyünüz layihə İsveçrənin Sürix (Zurich) şəhərində yerləşir. Bir bankın (Raiffeisenbank Zürich Flughafen) yeni inzibati binasının interyer dizaynında tətbiq olunan beton həllərdən birinə nümunədir. Şəkillərdən də görə biləcəyiniz kimi seçilən formliner dalğa effekti verməkdədir. İnteryer dizaynda dalğa effektindən əlavə divarlarda şirkət loqosu da yerləşdirilib. Bu loqo üçün də ayrıca formliner hazırlanmışdır.
ESDESCON MMC olaraq, Azərbaycan nümayəndəsi olduğumuz Almaniyanın NOE şirkəti 1950-ci illərdən qəlib məhsullarının istehsalı ilə məşğuldur. Qəlib məhsullarına əlavə olaraq, NOE həm də memari qəliblərin istehsalı ilə məşğuldur. Memari qəliblər beton səthlərə istənilən növ naxış, şəkil, dizayn, ornament, loqo və s. əldə etməyimizi təmin edir. Bunlar NOE-nin özünün kataloqundan da seçilə bilir. Və ya sifarişçi özünün hazırladığı dizayna uyğun memari qəlib də sifariş edə bilir.
Memari qəliblərlə dizaynda fərqlilik yaratmağı hədəfləyən NOE şirkəti eyni zamanda bu işlərdə yaranacaq xərclərə qənaət imkanı yaradır. Belə ki, hər bir qəlib 100 dəfəyə qədər istifadə edilə bilir.





