Şəkillərini gördüyünüz bu layihə Hollandiyanın Rotterdam bölgəsində yerləşir. Metro xəttindəki stansiyalardan birində NOEplast ilə beton səthə fərqli bir yanaşma edilmişdir. Stansiyanın daha rahat tanınması adına burda balıq sürüsü teksturası işlənib. Betonun səthində şəkillərdən görə biləcəyiniz kimi balıq sürüsünə oxşar dizayn mövcuddur. Beton səthində seçilən dizayn bir az piqmentli və qabarıq edilmişdir.
ESDESCON MMC olaraq, Azərbaycan nümayəndəsi olduğumuz Almaniyanın NOE şirkəti 1950-ci illərdən qəlib məhsullarının istehsalı ilə məşğuldur. Qəlib məhsullarına əlavə olaraq, NOE həm də memari qəliblərin istehsalı ilə məşğuldur.
Memari qəliblər beton səthlərə istənilən növ naxış, şəkil, dizayn, ornament, loqo və s. əldə etməyimizi təmin edir. Bunlar NOE-nin özünün kataloqundan da seçilə bilir. Və ya sifarişçi özünün hazırladığı dizayna uyğun memari qəlib də sifariş edə bilir.
Memari qəliblərlə dizaynda fərqlilik yaratmağı hədəfləyən NOE şirkəti eyni zamanda bu işlərdə yaranacaq xərclərə qənaət imkanı yaradır. Belə ki, hər bir qəlib 100 dəfəyə qədər istifadə edilə bilir.





