{description} page background image

Şəkillərini gördüyünüz layihə Hollandiya, Vianen-də yerləşən Golf klubuna aiddir. Bu layihə “De Kroonprins Golf Club” olaraq adlanır. Şəkillərdən görə bildiyiniz kimi şirkətə məxsus olan loqo da binanın fasadına əlavə edilib. Betonun səthindəki naxışdan əlavə olaraq, şirkətə aid loqo üçün də xüsusi qəlib hazırlanıb. Ətraf mühitə uyğun seçilən dizayn ilə şirkətə aid loqo birləşdirilərək harmoniya yaradılıb.


ESDESCON MMC olaraq, Azərbaycan nümayəndəsi olduğumuz Almaniyanın NOE şirkəti 1950-ci illərdən qəlib məhsullarının istehsalı ilə məşğuldur. Qəlib məhsullarına əlavə olaraq, NOE həm də memari qəliblərin istehsalı ilə məşğuldur.

Memari qəliblər beton səthlərə istənilən növ naxış, şəkil, dizayn, ornament, loqo və s. əldə etməyimizi təmin edir. Bunlar NOE-nin özünün kataloqundan da seçilə bilir. Və ya sifarişçi özünün hazırladığı dizayna uyğun memari qəlib də sifariş edə bilir.

Memari qəliblərlə dizaynda fərqlilik yaratmağı hədəfləyən NOE şirkəti eyni zamanda bu işlərdə yaranacaq xərclərə qənaət imkanı yaradır. Belə ki, hər bir qəlib 100 dəfəyə qədər istifadə edilə bilir.

Bizimlə bağlı sualınız var?

Sorğunuzu təqdim edin

Peşəkar xidmətlərimizdən yararlanmaq istəyirsinizsə əlaqə məlumatlarınızı qeyd edin, sizə zəng edək!