Şəkillərini gördüyünüz layihə Vyetnamda yerləşir. İstifadə edilən məhsul Rolling Barrier-dir. Rolling barrier məhsulu yol təhlükəsizliyi üçün istifadə edilir, zərbə qüvvəsini söndürmək funksiyasına sahibdir. Bu layihədə 214 m uzunluğunda bariyer sistemlərindən istifadə edilib.
ESDESCON MMC olaraq, satışını etdiyimiz məhsullardan biri də yol təhlükəsizliyi və nəqliyyat idarəetməsi ilə bağlı məhsullardır. Bu məhsullar Koreyanın SHİNDO SAFETY şirkətinə məxsusdur. Sözü gedən layihə SHİNDO-nun qlobal layihələrindən biridir. SHİNDO 1987-ci ildən yol təhlükəsizliyi və nəqliyyat idarəetməsi ilə bağlı məhsulların istehsalı ilə məşğuldur. Məhsulların təyinatına uyğun 6 fərqli zavod fəaliyyət göstərir.
Əsas məhsul kateqoriyaları:
- Qəza yastıqları və son terminallar
- Fərqli rəng örtüklü qoruyucular
- Rolling Barrier
- Yol təhlükəsizlik, nəqliyyat idarəetməsi və parkinq məhsulları


