{description} page background image

Ölkəmizdə zəlzələyə və küləyə qarşı qoruma sisteminin tətbiq edildiyi layihələrdən biri Dövlət Bayraq Meydanının yeni Bayraq Dirəyi layihəsidir.

Bu layihənin zəlzələyə və küləyə qarşı qoruması üçün ESDESCON MMC olaraq Almaniyanın MAURER şirkətinin istehsalı olan TMD (İnersiyalı kütlə damperi) təchiz etmişik. Eyni zamanda həmin layihədə dirəyin montajı zamanı istifadə olunmuş müvəqqəti damperlər də MAURER tərəfindən istehsal olunmuşdur.

Yeni bayraq dirəyinin cari hündürlüyü 195 metrdir. Bu dirək 10 ədəd konusvari metal seksiyadan ibarətdir. Quraşdırdığımız   MAURER daimi İnersiyalı Kütlə Damperi bu dirəyin 9-cu seksiyasında yerləşməkdədir.     

İnşasından əvvəl həlli axtarılan çətin suallardan biri də bu idi: Bəs dirəyin ilk 8 seksiyasını quraşdıran zaman dirəyi küləyin təsirindən necə qoruyaq? Necə edək ki, dirək daimi dampersiz halında vibrasiyalara məruz qalmasın? Bu sualın həlli üçün inşaat zamanı istifadə və tətbiq olunması üçün müvəqqəti damperlərin tətbiqinə qərar verildi. İlk 3 seksiya kifayət qədər ağır olduğundan, həmçinin diametrləri kifayət qədər böyük olduğundan (ilk dirəyin oturacağının diametri 6,45 metrdir) və ilk 3 seksiyanın cəmi hündürlüyü çox da kritik olmadığından (ilk 3 seksiyanın cəmi hündürlüyü 50,508 metrdir) konstruktorun hesabatları göstərdi ki, ilk 3 seksiyanın montajı zamanı müvəqqəti damperlərə ehtiyac yoxdur, yəni dirəyin dampersiz halda vibrasiyaları kritik olmayacaqdı. 4,5,6,7,8-ci seksiyaların montajı zamanı isə müvəqqəti damperlərin tətbiqi zəzuri oldu, əks halda külək əsən zaman dirəyin silkələnmələri böyük olacaqdı və dirək rezonansa məruz qalacaqdı. Bu səbəbdən bu 5 seksiyanın montajı üçün Distributed Engineering şirkəti tərəfindən müvəqqəti damper layihələndirildi və MAURER olaraq Almaniyanın Münhen şəhərindəki zavodunda 5 kombinasiyadan ibarət müvəqqəti damper dəstləri istehsal etdik. Bu müvəqqəti damperlərin işləmə prinsipi də çox maraqlıdır. İçərisi müxtəlif dəliklərdən ibarət metal arakəsmələrdən ibarət olan maye kameralarından ibarət silindrik formalı müvəqqəti damperlər 4,5,6,7,8-ci seksiyaların hər birinin montajı zamanı fərqli kombinasiyalarda tətbiq edilərək dirəyin montajı zamanı vibrasiyaları söndürdü və dirək daha dayanıqlı vəziyyətdə qaldı.

MAURER daimi inersiyalı kütlə damperi barədə saytımızda müvafiq məlumatı tapa bilərsiniz.

 








 

Bizimlə bağlı sualınız var?

Sorğunuzu təqdim edin

Peşəkar xidmətlərimizdən yararlanmaq istəyirsinizsə əlaqə məlumatlarınızı qeyd edin, sizə zəng edək!