ESDESCON MMC olaraq Almaniyanın MAURER şirkətinin genəldici bənd və dayaqlarını ölkəmizdə təmin etdiyimiz layihələrdən biri də Akademik Həsən Əliyev küçəsi – “Koroğlu” metrostansiyası avtomobil yolu layihəsidir.
Bu layihənin baş podratçılarından olan KÖRPÜ BİNA TİKİNTİ MMC-yə MAURER istehsalı 5 fərqli ölçüdə 1070 ədəd elastomer dayaq təchiz edildi.
Yeni yol Ziya Bünyadov və Heydər Əliyev prospektlərinə paralel olaraq layihələndirilərək inşa edilir. Dövlət Proqramına uyğun olaraq yeni avtomobil yolunun hazırda inşası davam etdirilən Akademik Həsən Əliyev küçəsi – Müzəffər Nərimanov küçəsinədək olan hissəsi 6 hərəkət zolaqlı olmaqla uzunluğu 3,9 kilometr (əlavə olaraq 2,6 km uzunluğunda qollar, ramplar və yanaşma yolları) təşkil edəcək. Layihəyə əsasən, avtomobil yolunda ümumi uzunluğu 2 min 210 metr olan 4 tunel və ümumi uzunluğu 112 metr təşkil edən 3 yeraltı piyada keçidinin tikintisi nəzərdə tutulur.




