Armatur muftaları

ESDESCON MMC olaraq, ölkəmizdə satışını etdiyimiz məhsullardan biri armatur muftalarıdır. Armatur muftaları MAURER şirkətinin Hindistan zavodunda istehsal olunur.
Bu muftalar həm tikinti prosesinin sürətlənməsini, həm də ciddi məbləğlərdə xərclərə qənaət etmə imkanını təmin edir. Ənənəvi metodlarla armaturlar bir-birinin üzərinə mindirilərək bağlanır və proses bu qaydada davam edir. Armatur muftaları ilə bu prosesi tamamilə asanlaşdırırıq. Nəzərdə tutulan armaturların üst-üstə mindirilməsi əvəzinə, bu muftalar hər iki ucu yivli olan armaturları bir-birinə bağlayır. Beləliklə, qənaət hər bir armatur ilə başlayır (üst-üstə mindirildikdə hər iki armaturdan ziyana gedən hissə nəzərdə tutulur).
Hər bir məhsulumuz kimi armatur muftaları da test nəticələri və keyfiyyət sənədləri ilə birgə təqdim edilir.