{description} page background image

Seysmik monitorinq

Seysmik monitorinq sistemi bütün növ konstruksiyalara tətbiq edilə bilən bir sistemdir. Bu sistem ilə konstruksiyanın bütün (3 oxlu) hərəkətləri 7/24 sistemin beynindəki yaddaşa yazılmaqdadır. Seysmik monitorinq sistemləri konstruksiyanın xüsusiyyətlərinə və sifarişçinin tələblərinə uyğun əsasən 2 cür dizayn edilir. Birinci, sadə versiyadır. Misal olaraq, yaşayış binaları üçün 3 yerdə (binanın aşağı hissəsində, orta hissələrdə və üst hissədə) xüsusi cihazlar yerləşdirilir. Binadakı bütün hərəkətlər və kiçik vibrasiyalar cihazların beynindəki yaddaşa yazılır. Operator və ya mühəndis istədiyi anda o məlumatları sistemdən yükləyə bilir. Digər bir sistem isə daha fərqlidir. Bütün monitorinq sistemi vahid data mərkəzə bağlanır. Artıq qeydə alınan bütün data sistem üzərindən idarə edilir. Mühəndis, operator və ya sifarişçinin özü, qısası sistem tərəfindən icazə verilən hər bir şəxs virtual data mərkəzinə daxil olaraq bu dataları görə bilir. Sistem özü datanı toplayır və hazırladığı təhlükəsizlik hesabatlarını avtomatik olaraq sistemə qeyd edilən tərəflərlə bölüşür.

Bizimlə bağlı sualınız var?

Sorğunuzu təqdim edin

Peşəkar xidmətlərimizdən yararlanmaq istəyirsinizsə əlaqə məlumatlarınızı qeyd edin, sizə zəng edək!