Memari qəlib

Memari qəliblər beton səthlərin üzərində istənilən naxışları, dizaynı, şəkli, ornamenti, loqonu və s. əldə etmək üçün istifadə edilir. Azərbaycan nümayəndəsi olduğumuz Almaniyanın 74 yaşlı NOE şirkəti tərəfindən istehsal edilən bu qəliblər ilə sifarişçi betonun səthində əldə etmək istədiyi dizaynı həm NOE-nin öz kataloqundan seçə bilir, həm də öz şəxsi dizaynlarına uyğun memari qəlib sifariş edə bilir.
Sifarişçi seçdiyi və ya istədiyi dizayna uyğun qəlibi istədiyi ölçüdə sifariş edə bilir. Memari qəliblərimizin əsas üstünlüyündən biri hər bir qəlibin 100 dəfəyə qədər təkrar istifadə edilə bilməsidir. Digər üstünlüklərindən biri isə bu qəlibləri beton tökülən hissəyə birbaşa yapışdırmaqla əlavə beton sərfiyyatına, vaxta və işçiliyə qənaət edilməsidir.