{description} page background image

Bünövrədən izolyasiyaya

Konstruksiyaların zəlzələyə qarşı qorumasını təmin etmək üçün fərqli metodlardan istifadə edilir. Bunlardan biri də bünövrədən izolyasiyadır. 


Bünövrədən izolyasiya adətən hündürlüyü 50-60 metrə qədər olan konstruksiyalarda tətbiq edilən metoddur. Daha hündür konstruksiyalara tətbiqi də mümkündür, ancaq sistem dizaynında biraz fərqlilik də yaranır. Bünövrədən izolyasiya məntiqi isə olduqca sadə bir üsuldur. Konstruksiyanın mövcud olan bütün sütunlarına bir ədəd dayaq (isolator) yerləşdirilir. Bu konstruksiyanın zəlzələ vaxtı yaranan yüklərini qarşılamaqla yanaşı, torpaqla əlaqəsini kəsdiyi üçün izolyasiya adı da verilir. Bünövrədən izolyasiya tətbiq edilmədiyi təqdirdə konstruksiya zəlzələ yüklərini qarşılamaq üçün daha sərt layihələndirilir. Ancaq bünövrədən izolyasiya metodunda həmən yüklər dayaqlar tərəfindən qarşılanacağı üçün konstruksiyanın sərt layihələndirməsinə ehtiyac qalmır, bu da konstruksiyada xeyli dəmir-betona qənaət deməkdir. 


Bünövrədən izolyasiya bir çox ölkələrdə normalarla bəzi konstruksiyalar üçün məcburi tətbiq edilir. Misal olaraq, Türkiyədə bütün yeni tikilən və çarpayı sayı 100-dən çox olan xəstəxana layihələri üçün bünövrədən seysmik izolyasiya tətbiqi məcburidir. Dünyada da bu sistemin tətbiqi bu cür davam edir. Əsasən xəstəxana, otel, iş mərkəzi, hava limanı və s. kimi layihələrə normalarla məcburi tətbiq edilir. MAURER-in dünyada bu tip metodla yüzlərlə fərqli layihəsi mövcuddur. Ölkəmizdə də bünövrədən izolyasiya metodunun tətbiq edildiyi layihələr mövcuddur. 

Bizimlə bağlı sualınız var?

Sorğunuzu təqdim edin

Peşəkar xidmətlərimizdən yararlanmaq istəyirsinizsə əlaqə məlumatlarınızı qeyd edin, sizə zəng edək!