
ESDESCON MMC 2018-ci ildə təsis edilmişdir.
Şirkətimiz Almaniyanın 148 illik MAURER, ABŞ-ın 55 illik KİNEMETRİCS, Almaniyanın 160 illik DYWIDAG, Almaniyanın 70 illik NOE və Koreyanın 37 illik SHİNDO şirkətlərinin Azərbaycandakı rəsmi təmsilçisidir.
Şirkətimizin əsas fəaliyyət sahələrindən biri bütün növ tikinti layihələrinin zəlzələyə qarşı qorumasını təmin etmək və həmən layihələr üçün seysmik izləmə sistemlərini qurmaqdır. Fərdi yaşayış evi, villa tipli layihələrə; məktəb, inzibati bina, ofis binası, xəstəxana tipli layihələrə; hündür binalar, qüllələr və bu tip digər konstruksiyalara (külək turbinləri, bayraq dirəkləri və s.) zəlzələyə qarşı qoruma sistemləri tətbiq edə bilirik.
Eyni zamanda adını sadaladığımız konstruksiyalara və onlara əlavə olaraq, su bəndləri, SES, İES, nüvə stansiyaları, strateji müəssisə və ya zavodlar üçün seysmik izləmə sistemləri də qururuq.
Fəaliyyət sahələrimizdən bir digəri isə konstruksiyaları daha təhlükəsiz, daha güclü və daha ağıllı konstruksiyalara çevirmək üçün lazım olan məhsul və xidmətləri təmin etməkdir. Bu çərçivədə geotexniki, beton-gərmə, asma tros, monitorinq və beton həlləri ilə bağlı fərqli məhsullar və müvafiq xidmətlər təmin edirik.
Fəaliyyət göstərdiyimiz digər sahələrdən biri də qəlib məhsulları sahəsidir. Bütün növ tikinti qəliblərinin, taxta tirlərin, qəlib dəstək məhsullarının və memari qəliblərin satışını edirik.
Həmçinin yol-infrastruktur layihələri üçün də xüsusi məhsulların satışını edirik. Yol təhlükəsizlik məhsulları, təhlükəsizlik bariyerləri, zərbə söndürücülər və s. satışını edirik.
Nümayəndəsi olduğumuz şirkətlər, hər biri öz sahəsində köklü təcrübəyə malikdir. Bu şirkətlər olaraq dünyada 10-dan çox ölkədə zavodlarımız faəliyyət göstərir. Yüzlərlə mühəndis və texniki işçi heyətimiz ilə ən uyğun mühəndislik həllərini təklif edə bilir və müvafiq məhsulları istehsal edərək sistemi qura bilirik.
ESDESCON MMC-nin təsisçisi və direktoru Səfər Eyvazovdur. Səfər Eyvazov tikinti sahəsində təhsili ilə yanaşı tikinti sektorunda 19 illik təcrübəyə malikdir. Bu illər ərzində layihə rəhbəri, baş layihə meneceri və s. kimi vəzifələrdə fəaliyyət göstərib və hal-hazırda da fəaliyyətini davam etdirməkdədir. Ölkəmizdə bir sıra xüsusi layihələrin Baş Podratçılarının layihə meneceri vəzifəsini icra edib. Misal olaraq, Property Tower (2022-ci ildə açılışı olub, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dovlət Xidmətinin yeni inzibati binasıdır, 130 metr hündürlüyü, 33 mərtəbəsi var), Baku Tower (277 metr hündürlüyündə, 52 mərtəbə olmaqla Qafqazın ən hündür binasıdır,) və s.
Səfər Eyvazov eyni zamanda CTBUH (Council on Tall Buildings and Urban Habitat) təşkilatının üzvüdür.