{description} page background image
MAURER şirkətinin qlobal referensiyalarından biri də Gazprom Arena-dır. MAURER yaşayış binaları və qüllələrlə yanaşı bütün növ konstruksiyalar üçün seysmik izolyasiya həll yolları təklif etməkdədir. Bunlardan biri də bu tip stadion layihələridir.


Gazprom Arena Rusiyanın Sant Petersburg şəhərində yerləşir. Konstruksiya 2017-ci ilin aprel ayında fəaliyyətə başlamışdır. 67 800 nəfərlik azərkeş tutumuna malikdir. Konstruksiyanın memarı yapon Kisho Kurokawa olmuşdur. Gazprom Arenanın ərsəyə gəlməsinin ümumi xərci 597 milyon avro-dur.


MAURER şirkətinin bu layihədəki əsas diqqəti konstruksiyanın mühafizə sisteminin yaradılmasıdır. Bunun üçün MAURER-in yüksək keyfiyyətli MSM texnologiyası ilə istehsal olunmuş 100-dən çox konstruksiya yastıqlarından istifadə olunub. Bu yastıqlar 10 000 KN-a qədər şaquli yüklü, 3.5 MN-ə qədər isə qaldırma qüvvəsinə sahibdir. Konstruksiyasının şəkillərində də görüldüyü kimi 8 ədəd qıraqlardan ucalan sütunlar var. Bu 8 sütun bütün konstruksiyasını özünə bağlayır və yastıqlar da bu sütunların konstruksiyada başladığı yerdə quraşdırılıb. Yastıqlar sayəsində baş verən hərəkətlər uyğun ölçüdə dirəklərə ötürülür. Burada MAURER-in yüksək keyfiyyətli sürüşməli MSM texnologiyası böyük iş görür.


Bizimlə bağlı sualınız var?

Sorğunuzu təqdim edin

Peşəkar xidmətlərimizdən yararlanmaq istəyirsinizsə əlaqə məlumatlarınızı qeyd edin, sizə zəng edək!