{description} page background image
Dünyada ilk dəfə “2 mərhələli” bünövrədən seysmik qoruma sistemi yaxın zamanlarda MAURER şirkəti tərəfindən icad və tətbiq edilib və Mekisakada tətbiq edilib.


Meksika coğrafi ərazi olaraq seysmik aktiv bölgədir. Layihə isə Xəstəxana və Elmi-Araşdırma İnstitutudur. Yəni daxilində həm əməliyyatlar, həm də xüsusi laborotoriyalarda elmi araşdırmalar aparılacaq. Bunun üçün seysmik qoruma sistemi mütləq şəkildə tətbiq edilməlidir.


Bu layihədəki ən böyük problem bu idi ki, bina 13 mərtəbə və 4 mərtəbə yer altı parkinq olaraq nəzərdə tutulub, ancaq memari olaraq kiçik sahədə (bünövrənin tutduğu ərazi) hündür mərtəbəli olaraq düşünülüb. Nəticədə, bina zəlzələ anında  yüksək sıxılma və gərginlik altında olacaqdı. Bunu aradan qaldırmağın ən rahat yolu konstruksiyanın bünövrəsini genişlətməkdir. Ancaq bu, tikinti xərcini olduqca böyüdən bir yoldur. Bu səbəbdən sifarişçi layihədə bu yola getməməyi üstün tutdu. 


MAURER-in həll yolu isə belə oldu. MAURER yeni layihələndirdiyi SİP-A tipli dayağı tətbiq etməyi məsləhət gördü. Buradakı “A” – “adaptive”, yəni uyğunlaşa bilən mənasındadır. Şəkillərdən görə biləcəyiniz kimi dayaq 2 oval hissədən ibarətdir. Zəlzələ vaxtında hər iki hissə ayrı-ayrılıqda hərəkət qabiliyyətinə malikdir. Zəlzələnin şiddəti (yəni, seysmik qüvvə) az olduqda dayağın sadəcə aşağı hissəsi hərəkət edəcək. Zəlzələ şiddəti yuxarı olduqda isə yuxarı hissə də hərəkət etməyə başlayacaq. Buna 2 mərhələli seysmik qoruma deyilir. SİP dayaqları ilə seysmik qoruma təmin edilə bilərdi, sadəcə bina təyinatı etibarı ilə zəlzələ şiddətini maksimum qarşılamağı tələb edirdi (əməliyyatlar, laborotoriyadakı detallı və həssas araşdırmalar davam etsin deyə) deyə SİP-A modelinə üstünlük verildi.


Layihəyə 34 ədəd dayaq təmin edilib, bütün istiqamətlərə hərəkət qabiliyyəti 300 mm-dir. Dayaqların xidmət ömrü 50 ildir.



Bizimlə bağlı sualınız var?

Sorğunuzu təqdim edin

Peşəkar xidmətlərimizdən yararlanmaq istəyirsinizsə əlaqə məlumatlarınızı qeyd edin, sizə zəng edək!