{description} page background image
MAURER şirkəti körpü və viyadükt layihələri üçün genəldici bəndlər, dayaqlar və damperlər təmin etməkdədir. MAURER-in bu çərçivədə icra etdiyi qlobal layihələrdən biri İtaliyada reallaşan avtomagistral körpüsüdür. Bu körpü İtaliyanın Verona və Parma bölgəlirini Taro çayının üzərindən bir-birinə bağlayır.


Maurerin bu layihə üçün məhsul dizayn edərkən nəzərə aldığı əsas 3 nüansı qeyd edək. 1-ci, Körpü 2 km uzunluğunda olacaq və Taro çayının üzərindən keçəcək. 2-ci, Körpü qövsvari formada irəliləyir. 3-cü, Bütün konstruksiya zəlzələyə davamlı olmalıdır.


Yuxarıdakı nüanslar çərçivəsində Maurer 92 ədəd sarkaçlı dayaqlar (pendulum bearings) və 6 ədəd modul tipli genəldici bənd təchiz etdi. Dayaqların tipi SİP modeldir (Sliding İsolation Pendulum). 
SİP model dayaqların 4 əsas funksiyası:


  • Dayaqlar şaquli yükləri ötürə bilməkdədir.
  • Sürüşməli lövhə (sliding plate) zəlzələ vaxtı üfüqi hərəkətləri təmin edir.
  • Dayaqlar körpünü əsas hissədən ayıraraq izolyasiya edir.
  • Dayaqlar zəlzələ sonrasında körpünün ilkin və orijinal vəziyyətinə qayıtmasını təmin edir.

Təchiz edilən dayaqlar müxtəlif ölçülərə malikdir. Diametrləri 1600 mm-ə qədər çatır. Dayaqlardan sonra təchiz edilən 6 modul tipli Genəldici Bənd-dir (expansion joint). Genəldici bəndlər 280 mm standart hərəkəti təmin etməkdədir. Zəlzələ vaxtı bu hərəkət qabiliyyəti 450 mm-ə qədər mümkündür. 


Bu layihə əsas körpüyə aid olan və birləşən 14 ədəd kiçik körpüdən də ibarətdir. Maurer digər 14 körpü üçün də 324 ədəd qurğuşun-rezin dayaqlar (lead rubber bearings), 20 ədəd sferik dayaqlar (spherical bearings) və 36 ədəd tək Genəldici Bənd təchiz edib.


Bizimlə bağlı sualınız var?

Sorğunuzu təqdim edin

Peşəkar xidmətlərimizdən yararlanmaq istəyirsinizsə əlaqə məlumatlarınızı qeyd edin, sizə zəng edək!