{description} page background image

MAURER şirkəti körpü və viyadükt layihələri üçün genəldici bəndlər, dayaqlar və damperlər təmin etməkdədir. MAURER-in bu çərçivədə icra etdiyi qlobal layihələrdən biri Türkiyədə reallaşan Çanakkale körpüsü layihəsidir.

Çanakkale körpüsü dünyanın ən böyük asma körpüsüdür, əsas aşırımı 2, 023 m uzunluğa malikdir. Körpünün ümumi uzunluğu 4, 608 m, eni isə 45 m-dir.

Bu layihədə quraşdırılan genəldici bəndin bəzi özəl xüsusiyyətləri var. Bunlardan biri, quraşdırılan genəldici bənd (MSM Swivel Joist Expansion Joint) 2, 800 mm hərəkətə icazə verməkdədir. Swivel Joist xüsusiyyəti ilə, yəni dönmə birləşmələr hesabına körpünün bütün istiqamətlərdə hərəkətinə icazə verilir. Sürüşmə tutumu isə 50 km-ə qədərdir.

Digər maraqlı və fərqli xüsusiyyət isə çıxan səslərin 60 %-ə qədəri genəldici bənddə istifadə olunan xüsusi texnologiya ilə udulur.

Bu layihədə quraşdırılan genəldici bənd dəstəyini klassik elastomerlərdən deyil, yeni tətbiq olunan W formalı MSM dayaqlardan almaqdadır (W Shaped MSM Bearings). Bu, Maurer şirkətinin 2020-ci ildə əldə etdiyi növbəti patentlərdən biridir. Bunun sayəsində performans artır, məhdudiyyətlər aradan qaldırılır və məhsulun xidmət ömrü uzanır.

Bizimlə bağlı sualınız var?

Sorğunuzu təqdim edin

Peşəkar xidmətlərimizdən yararlanmaq istəyirsinizsə əlaqə məlumatlarınızı qeyd edin, sizə zəng edək!