{description} page background image
MAURER şirkəti körpü və viyadükt layihələri üçün genəldici bəndlər, dayaqlar və damperlər təmin etməkdədir. MAURER-in bu çərçivədə icra etdiyi qlobal layihələrdən biri Hollandiyada yerləşən və Avropanın ən böyük lift körpüsü olan Botlekbrug layihəsidir. Hollandiyanın bu cür körpü texnologiyasına sahib olmağı bir növ məcburiyyətdir.  


Sözü gedən lift körpüsü 2 ədəd lift hissəsindən ibarətdir. Körpü hər istiqamətə 3 zolaq avtomobil yolu, 2 zolaq dəmiryolundan ibarətdir. Körpülərin hər biri 100 m uzunluqda, 50 m genişikdə və 60 m hündürlükdədir.


Texniki olaraq körpülərin lift olaraq qalxa bildiyi maksimal hündürlük 40 m-dir. 1 saat ərzində 6 dəfə açıla bilir. Bu xüsusiyyəti ilə konstruksiya körpüdən çox bir maşına (mexanizm) bənzəyir.


Bu layihədə Maurer tərəfindən həm genəldici bənd, həm də dayaq təmin edilib. 2 fərqli sahədə 2 fərqli genəldici bənd istifadə olunub. Xarici dəhlizdə DS 720 tipli bənd, daxili dəhlizdə DS 320 tipli bənd istifadə olunub.


Bu layihədə Maurerin qarşısında 3 fərqli çətinlik mövcud idi.


  • Körpülər lift kimi qaldırıldığı zaman genəldici bəndin qalxması problemi
  • Körpü aşırımlarının qaldırıcı tirlərinin körpünün polad konstruksiyası ilə inteqrasiyası
  • Körpünün aşırımları müxtəlif səbəblərdən genişləmə və yığılma baş verdikdə, lift funksiyası işlədiyi zaman konstruksiyası ilə uyğunlaşma problemi

Maurer sadaladığımız hər 3 nüans üçün müxtəlif mühəndislik həll yolları tətbiq edərək bütün çətinlikləri aradan qaldırmışdır.

Konstruksiyada əlavə olaraq 16 ədəd sferik dayaq da istifadə olunub. Bunlar 1200 x 1100 mm ölçüsündə, 4 ton ağırlığındadır. Daşıdığı yük isə 21 000 – 29 000 KN-dur.


Bu körpünü xüsusi edən nüanslardan biri də yüksək səviyyədə uzununa və eninə yükə məruz qalmasıdır. Bu səbəbdən əlavə üfuqi yüklər üçün dayaqlara ehtiyac yarandı. 3 ədəd dayaq təmin edildi, 1-i eninə yüklər üçün, 2-si uzununa yükləri qarşılamaq üçün istifadə olundu.


Bizimlə bağlı sualınız var?

Sorğunuzu təqdim edin

Peşəkar xidmətlərimizdən yararlanmaq istəyirsinizsə əlaqə məlumatlarınızı qeyd edin, sizə zəng edək!